fd
CASP1.ORGTh, 26 Nov 2020, 12.53.51
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [15]MƏDƏNİYYƏT . [15]
SİYASƏT . [54]SOSİAL . [6]
TOLOŞON SƏDO . [5]TMH . [5]
ÖLKƏ XƏBƏRLƏRİ . [18]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]Xarici Dildə Məqalələr [2]
[0]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


22.37.24
Həm dinə görə , həmdə mentalitetə  görə “bozqurd” işarə etmək qadağandır

Həm dinə görə , həmdə mentalitetə  görə bəzi əl işarələri bozqurd” etmək qadağandır .


 

Əssəlamu aleykum!

Son otuz ilə yaxın müddət istisna , mentalitetimizdə yeri olmayan bu yad simvolun müharibə şəraitində insanlar tərəfindən bilərəkdən ya bilməyərəkdən populyarlaşdırıldığını nəzəra alaraq, bir müsəlman kimi, islamın bu xüsusda nəzərini siz dəyərli müsəlman bacı -qardaşlarıma çatdırmağı borc bildim.

Nədir bozqurd, nədən özlərini türk millətçiləri hesab edən toplum bu simvola "tapınır"?

Türkdilli xalqların bir qismi islamaqədərki mərhələdə bozqurdu özlərinin əcdadları hesab etmişlər. Onlar qədim əfsanəyə dayanaraq, nəsillərinin bozqurddan törəndiyini iddia etmişlər.

Gəlin dində bu iddiaların yerini müəyyənləşdirək.

" Ey insanlar! Sizi tək bir kəsdən(Adəmdən) xəlq edən, ondan zövcəsini(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!(Ən-Nisə 1)

Mövzu ilə əlaqəli təxminən eyni mənaları ehtiva edən digər ayələrlə də maraqlana bilərsiniz. Məsələn, Fatir-11;Zariyat-49;Yasin -36; Şura -11.

Uca Allahın bəşəriyyətə rəhmət olaraq göndərdiyi müqəddəs Qurani-Kərimin ayələrindən göründüyü kimi, Adəm övladı erkək və dişi olmaqla iki fərddən törənmişlər.

Əgər bir müsəlman , əcdadlarının bozqurddan törəndiyinə iman edərsə, artıq uca Allahın bu ayələrini inkar etmiş sayılır. Beləcə, həmin insan mürtədləşir.

Yox, əgər sadəcə adət-ənənə xatirinə bu əfsanəni və onu təcəssüm etdirən bozqurd simvolunu ucaldarsa bu hal dində bidət , sapıqlıq kimi dəyərləndirilir.

Məsələnin siyasi tərəflərinə gəlincə, "Bozqurd" adlanan təşkilatın fəaliyyəti dünyanın bir sıra ölkələrində, irqi ayrı-seçkiliyi, terrorizmi dəstəklədiyinə görə qadağan olunmuşdur. Bizim sadə insanlarımız bu cür simvolları nümayiş etdirməklə özləri də bilmədən, həmin təşkilatın fəaliyyətinə dəstək vermiş olurlar. Azərbaycanda "Bozqurd"un fəaliyyəti qanunla qadağan edilmədiyindən, ölkədə tam sərbəst şəkildə fəaliyyət göstərməkdədirlər. Amma, unutmayın ki, dünya Azərbaycan və Türkiyədən ibarət deyildir.

Sonda isə, əziz talış bacı -qardaşlarıma səslənirəm, o talışlara ki, bilmədən, dəbə uymaq xatirinə bozqurd simvollarını nümayiş etdirirlər. Tutaq ki, türk qardaşlarımız öz milli düşüncələrinə görə , islama zidd olsa belə, bu simvolu sevib-əzizləyirlər. Bəs sizə nə olub, ay başınıza dönüm? Sizin bozqurdla nə vaxtdan əlaqəniz peyda olmuşdur?

Heç düşünməzmisiniz?

Dəyərli müsəlmanlar! Xahiş edirəm dinimiz naminə gəlin bu məsələyə ciddi yanaşaq,övladlarımızı düzgün tərbiyələndirək. Elə etməyək ki, bizdən sonrakı nəsil, dinimizə həqarət yağdırsınlar.

Diqqətinizə görə minnətdaram.

Elvin İrşadov .

 

Category: MƏDƏNİYYƏT . | Views: 67 | Added by: ruslantalish7 | Tags: Elvin İrşadov . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2020