fd
CASP1.ORGTh, 26 Nov 2020, 11.48.36
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [15]MƏDƏNİYYƏT . [15]
SİYASƏT . [54]SOSİAL . [6]
TOLOŞON SƏDO . [5]TMH . [5]
ÖLKƏ XƏBƏRLƏRİ . [18]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]Xarici Dildə Məqalələr [2]
[0]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


22.32.38
HƏTTA? HƏTTA!
"Xəzər TV" Xoşqədəm Hidayətqızı ilə bağlı MƏLUMAT YAYDI

HƏTTA? HƏTTA!

2 gündür sosial mediada “hətta talışlar da döyüşür” trendi yaman moddadır, əvvala onu bildirim ki, bu xəbər Azərbaycanda vətənpərvərlik ruhunu aşağı salmaq, gündəmi vətənpərvərlikdən yayındırmaq üçün feyk profil tərəfindən ortaya atılmış bir təxribat idi ki, biz, təbii ki, dostların köməyi ilə vaxtında onun qarşısını ala bildik. Düzdür, bu işdə çətinliyimiz oldu, hətta (!) bizi Xoşqədəm Hidayətqızına vəkillikdə suçlayanlar, zəng edib bizi az qala “talışlara xəyanətdə” ittiham edənlər də tapıldılar, amma çox keçmədi ki, həmin şəxslər də kiçicik bir araşdırma aparıb, “Xoşqədəm xanımdan üzr istəyirik” tipli statuslar yazdılar, amma hələ də “o video montaj edilib” düşüncəsində olanlarımız var, hamısına bir-bir cavab verməmək üçün bu yazını yazıb, paylaşmağı özümə borc bilirəm və əminəm ki, bu yazımdan sonra, feyk bir profilin təxribat xarakterli yazısına əsasən bir azərbaycanlı qadınını aşağılayanlar, ən azından etdiklərinə görə vicdanları qarşısında hesabat verəcəklər.

Əzizlərim, bir anlıq fərz edin ki, Xoşqədəm Hidayətqızı “hətta talışlar da döyüşür” cümləsini işlədib və kimsə bunu eşidib, o kimsə bu barədə status yazmamış, indiki internetin imkanlarından istifadə edərək, hamı bilir ki, internet üzərindən istənilən tv və radio verilişi geri çəkib, yenidən baxmaq və ya qulaq asmaq olur, o verilişi 5-10 dəqiqə geri çəkib, həmin hissəni kopyalayardı. Yəni indiki elm və texnikanın imkanları o qədər genişdir ki, nəyi isə gizlətmək qeyri-mümkündür. Bir daha təkrar edirəm: istənilən tv və radio verilişi bir saniyədən tutmuş bir neçə günəcən geri verib, təzədən baxmaq, təzədən qulaq asmaq su içmək kimi bir şeydir. Fərz edək ki, həmin şəxsin buna şəki getmədi, insandır da, ola bilsin ki, internetin bu funksiyasından xəbərsiz olub, indi də fərz edək ki, sosial şəbəkədə “hətta talışlar da döyüşür” trendi moda minib, amma nədənsə Xəzər tv ilə rəqabətdə olan digər tv kanallar, onların İP ustaları həmin hissəni kəsib, ictimaiyyətə təqdim etməyiblər. Sizcə o tv kanallar bu şansı qaçırardılar? Əsla qaçırtmazdılar, demək sağlam məntiq onu düşünməyə əsas verir ki, məlum lent yazısı montaj edilməyib, düzdür, həmin lent yazısında da Xoşqədəm Hidayətqızını Azərbaycandakı xalqları “bizlər”ə və “onlar”a bölməkdə suçlamaq olar, amma fakt onu demədiyi “hətta talışlar da döyüşür” cümləsinə görə talışlı-türklü nəyi var “asıb-kəsdilər”, əslində bu bir daha onu göstərdi ki, bizim sosial media izləyicilərimiz istənilən feyk xəbəri həqiqət kimi qəbul edərək, sağlam olmayan fikirləri bildirə bilir. Yəni bizim hər hansı bir xəbəri, ələlxüsus da ki, bu xəbər kiminsə alçaldılmasına, kiminsə nüfuzunun sındırılmasına, kiminsə ailəsinin dağılmasına, hətta deyərdim ki, dövlətlər arası münasibətlərin korlanmasına xidmət edirsə belə, eşitməyimiz bəs edir ki, biz o xəbəri, o xəbəri yayan mənbəni araşdırmadan, həmin xəbərə fikir bildirək. Dostlar, olmaz belə, əgər xəbər rəsmi deyilsə, mənbə şübhəlidirsə, bu xəbər kimə isə xələl gətirəcəksə, bu xəbər dövlətimizin daxili və xarici siyasətinə ziddirsə, o xəbərə fikir bildirməyə və ən əsası o xəbəri tirajlamağa tələsməyin, kiçicik də olsa araşdırma aparın, indi çox həssas zamandır, dəfələrlə demişəm, yenə də təkrar etmək zorundayam: feyk profillərə istinad etməyin, onların yazdıqlarına, ələlxüsus da ki, bu yazdıqları Azərbaycanda ara qarışdırmağa, burada yaşayan hər hansı bir etnosu aşağılamaqla, millətlər arasında nifaq salmağa hesablanıbsa, cavab verməyin. Heç görmüsüz ki, yolçu, öz yolunu saxlayıb, ona hürən itə hürsün? Əsla görməzsiz, it hürər, amma yolçu sakitcə yoluna davam edəcək. İt o qədər hürəcək ki, yolçu gözdən itəcək və it sakitləşəcək və hürmək üçün növbəti yolçunu gözləyəcək. Yəni itə baş qoşmayan yolçu mənzil başına çatacaq, amma itə boş-boşuna hürməyi qalacaq. Dostlar, bizə “hürən itlərə” baş qoşmayın, bizə “mənzil başına” çatmaq lazımdır, “mənzil başımız” isə hamıya məlumdur – mənzil başımız Ali baş komandanın “Qarabağ Azərbaycandır!” şüarını reallaşdırmaq, tarixi ədaləti bərpa etməkdir, bunun üçünsə bizə döyüş meydanında əlbir, sosial mediada isə ayıq-sayıq olmaq lazımdır. “Mənzilə” isə az qalıb…

 

P.S. Bu gün mən də “hətta” trendini işlədəcəm, çünki bu gün mənsub olduğum talış xalqı tək döyüş meydanında yox, HƏTTA sosial mediada da düşmənin layiqli cavabını verməkdədir. Eşq olsun mərd talış xalqına, eşq olsun müzəffər Azərbaycan ordusuna!

Qarabağ Azərbaycandır!

Rafiq Cəlilov

Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri

Category: RTMM . | Views: 99 | Added by: ruslantalish7 | Tags: Rafiq Cəlilov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2020