Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  August 2022  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Haftoni kurqanları Lənkəran şəhərindən 12 km qərbdə, Talış dağlarının Sumağ silsiləsi ətəyinə yaxın düzənlik ərazidə yerləşir

Haftoni kurqanları Lənkəran şəhərindən 12 km qərbdə, Talış dağlarının Sumağ silsiləsi ətəyinə yaxın düzənlik ərazidə yerləşir.

Bu kurqanlar arasındakı məsafə 1 km-dən 500 metrə, bəziləri isə 100-200 metr arası dəyişir. Kurqanlar iki sıra ilə düz xətt boyunca yerləşir.

Kənd sakinlərinin sözlərinə görə, bu təpələr İslamdan əvvəl yaranıb. Ehtimal olunur ki, zərdüştlük dövründə insanlar oda, atəşə pərəstiş etdiyindən buradakı təpələrin başında yeddi ziyarətgah yerləşirdi.

Bu kurqanlardan üçü Ləj kəndində, biri Talışlı kəndinin ipək yolu ilə kəsişdiyi yerdə, biri isə Haftoni qəsəbəsinin qəbiristanlığı ərazisində yerləşir.

Hazırda bir neçə kurqan mövcuddur, onların əksəriyyəti məhv edilib. İki kurqan Xanlıqlı kəndi istiqamətində yerləşirdi. Kurqanlardan biri təsərrüfat işləri ilə bağlı 1989-cu ildə dağıdılmışdır. Bu kurqanın içərisindən tunc dövrünə aid qədim silahlar, ox ucluqları və qoç fiquru tapılmışdır. Hal-hazırda bu qoç fiquru Latviyanın Riqa şəhərindəki tarix muzeylərinin birində saxlanılır.

Digər bir kurqan Haftoni qəsəbəsinin Sultan Əliyev küçəsinə dönən yerdə, sağ tərəfdə yerləşirdi. Hazırda o kurqan şəxsi həyətyanı sahədə yerləşdiyindən dağıdılmışdır.

Kurqanların üçü Ləj kəndi ərazisində idi. Lakin 1989-cu ildə çay plantasiyalarında təsərrüfat işləri zamanı məhv edilmişdir.

Bir bulud, ağac və mətn şəkili ola bilər

 

29 Sep 2022 в 11.18.30
27
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft