Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  June 2022  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Harın dilənçilər

Harın dilənçilər.

( Felyeton)

Bilmirəm bilərəkdənmi, ya bilmədiyindənmi bəzi deputatlar bəzən elə sözlər deyirlər xalq ancaq sosial şəbəkələrdə onlarıı söyməklə ürəklərini boşaldırlar. Dövlətdən ən çox məvacib alan harın deputat öz kasıb, çörək dərdini çəkən seçicilərin halına yox, ancaq öz gəlir mənbəyini çoxaltmağı duşunurlər .Xalqın malını yeməklə doymayıb özlərini dilənçi kimi aparıb dövlətə də dilənirlər. Və buna görə də hərdən danışığını bılmirlər və ( manıs dililə desək ) "xoruz buraxırlar. O gün bir deputat çıxış edib dövlətdən öz avto maşının amartizator üçün pul diləyir. Bir deputat xalqı və dövləti ələ salmaq məqsədi ilə deyir "mən kirayənişin yaşayıram, dövlət mənə kvartira pulu ödəsin". Bu gün bir başqa deputat çıxış edib deyir,

"gilas üzünə həsrətəm, məvacimi qaldırın. gilas alım, yoxsa şişəcəyəm.."

Fikirləşib deyirəm ki, heç bir ağlı başında olan deputat belə çıxışlar etməz, amma bunlar edirlər.

Deyirəm bəlkə bunlar içkili yəni sərxoş olan vaxtda bu sözləri deyiblər. Bilirsiz niye belə düşünürəm? Çünki bizim kəndə belə bir əhfalat olmuşdu.

Tərlan kişi içən idi,amma içəndə çox zaman ağlı başında olmazdı, danışığını bilməzdi. Bir gün Tərlan içkili olan vaxtı kənddə hüzür düşür, o da qonşulara qoşulub gedir hüzürə.Hüzürdə ehsan yeyəndən sonra qonşular durub hüzür sahibinə baş sağlığı verib çadırdan çıxırlar. İçkili Tərlan isə hüzür sahiblərinə yaxınlaşıb deyir :

-Subaylardan görəsiniz.

Bunu eşidən hüzür sahibləri bu Tərlani salırlar ayağının altına, döykü- döyəsən.Bunu görən Tərlanın qonşuları qayıdlb Tərlanı hüzür sahiblərinn əllərindən alırlar və deyirlər:

-Ay kişilər bu ıçkilidir, danışığını bilməyib.Ağlı başında deyi, elə bilir toydadır. Ağlı başında olsaydı belə deməzdi.

İndi mən də duşunurəm, yaxşı ki bu deputatlar xalqln içində belə sözlər demirlər, yoxsa Vallahi- Billahi bu xalq bir gün bu cür deputatları salacaq ayaqlarının altına.

Şirəli Əlyar

17 Aug 2022 в 04.13.54
43
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft