fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.55.01
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.51.46
HAVZAVADA MİR ƏSGƏR XAN TALIŞİNSKİYƏ AİD EMBLEM TAPILMIŞDIR

HAVZAVADA MİR ƏSGƏR XAN TALIŞİNSKİYƏ AİD EMBLEM TAPILMIŞDIR


Bir neçə gün öncə Lənkəran rayonunun Havzava kənd sakini İsmayıl Qurban oğlu Quliyev (ata soyadı Şükürovdur) həyətyanı sahəsində təsərrüfat işləri görərkən torpaq səthindən təqribən 4-5 sm dərinliyində metal kürə tapmışdır. Metal kürə nəzərdən keçiriləndən sonra onun Mir Əsgər xan Talışinskiyə aid emblem olması məlum olmuşdur.
Emblem yunan sözü olub, "nişan", yaxud "qabarıq bəzək" deməkdir. O, müəyyən ideyanı və anlayışı ifadə edən şərti somvolik təsvirdir.
Dəyirmi şəkildə olan emblem (metal kürə) üzərində Azərbaycan dilinə tərcümədə "Mir Əsgər xan Talışinskinin əmlakının meşəbəyisi" mənasını verən köhnə kril əlifbası ilə rus dilində "Лесной объездчик имения Миръ Аскяръ Хана Талышинскаго" ("Lesnoy obezdçik Mir Askyar Xana Talışinskaqo") sözləri və "8" rəqəmi həkk olunmuşdur.
Talış xanları nəslindən olan Mir Əsgər xan Talışinski Mir Hüseyn xanın oğlu və 1787-1814-cü illərdə Talış xanı olmuş Mir Mustafa xanın nəvəsidir. Mir Əsgər xan 1860-cı ildə anadan olmuşdur. İlk təhsilini İranın Nəmin mədrəsəsində, sonralar Təbrizdə almış, 1885-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1890-cı ildə Lənkərana qayıdaraq dövlət qulluğunda işləmişdir. Sonralar Lənkəran şəhər idarəsinin ibtidai təhsil rəhbəri (1894-1898), Lənkəran həbsxanasının rəisi (1909-1912; 1915), Qafqaz Kömrükxana Müfəttişliyinin Astara nahiyəsinə və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Lənkəran şöbəsinə rəhbərli (1917-1919) etmişdir. 1901-ci ildə ona polkovnik rütbəsi verilmişdir.
Mir Əsgər xan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının sədr müavini (1918-1920) olmuşdur (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 455).
Talış xanlığında olduğu kimi, Rusiya işğalından sonra da burada yaradılmış Talış əyaləti və daha sonra Lənkəran qəzasında ən böyük torpaq, əmlak sahibləri Talışinskilər/Talışxanovlar olmuşlar. Şübhəsiz ki, Talışın mülkiyyətçiləri sırasında Mir Əsgər xan da vardır. Emblemdən də göründüyü kimi Mir Əsgər xanın mülkiyyətləri sırasında meşələr də olmuşdur.
1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra Mir Əsgər xan bütün vəznində yüngül, qiymətdə ağır olan dövlətini atlara yükləyib, özü və arvadı ilə birlikdə faytonda Nəminə qaçır. Onları Nəminə az qalmış, meşənin birində qaçaqlar saxlayır, apardıqları qiymətli şeyləri, hətta arvadının boyunbağını da qarət edirlər. Əliboş Nəminə çıxır, orada olan dövlətə sahib olur. Amma bütün bunlara baxmayaraq, bu böyük müsibətə tab gətirməyib, nəticədə üçüncü gün bağrı çatlayaraq ölür və Nəmində dəfn olunur (İshaq Axundzadə. Qəlbim hər zaman Lənkərandadır. B., 2019, səh. 178-179).
Mir Əsgər xan Talışinskiyə aid emblemin əmim İsmayıl Quliyevin həyətində tapılması heç də təsadüfi deyildir. Çünki böyük babam (babam Qurbanın atası) Hadi Şükürov Mir Əsgər xana məxsus meşə massivində bir neçə il meşəbəyi işləmişdir. Hadi Şükürov 1918-1920-ci illərdə baş vermiş vəba xəstəliyi zamanı vəfat etmişdir. Görünür bu emblem böyük babam tərəfindən evə gətirilmiş və yaxud da onu öz geyimi üzərində gəzdirmişdir.
Qeyd edək ki, Mir Əsgər xan Talışinski Mir Əhməd xan Talışinskinin (Tuğra xanımın əri) və İsa bəy Əlibəyovun (Kişvər xanımın əri) qaynatası olmuşdur. Mir Əhməd xan 1913-cü ildə Tuğra xanımın şərəfinə "Xan evi" kimi tanınan və bu gün Lənkəran tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi binanı, İsa bəy Əlibəyov isə 1908-ci ildə Kişvər xanımın şərəfinə iki mərtəbəli saray tikdirmişdir. Hal-hazırda İsa bəy Əlibəyovun evində/sarayında Lənkəran Dövlət Universitetinin inzibati binası yerləşir.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

P.S. 1908-ci ildə çəkilmiş şəkildə 2-ci cərgədə, sağdan üçüncü Mir Əsgər xan Talışinski, Kişvər xanım, Tuğra xanım, Mir Əhməd xan Talışinski, İsa bəy Əlibəyov...

Sukurzade Ildirim adlı şəxsin şəkli.

Sukurzade Ildirim adlı şəxsin şəkli.

Category: TARİX . | Views: 98 | Added by: ruslantalish7 | Tags: Caspi1.org  xəbər agentliyi . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020