fd
CASP1.ORGFr, 25 Sep 2020, 22.36.39
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


10.58.52
İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib” - Fotolar

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib” - Fotolar
 

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

“İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir”.

Caspi1.org  Ovqat.com-a istinadla xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirliyin Mətbuat katibliyinin açıqlamasına görə, həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib:

“Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

İranla Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan Səfirlik belə informasiyaları ciddi qəbul etməməyi məsləhət görür.

Bir sözlə, Səfirliyin açıqlamasından aydın olur ki, xəritələrdə görünən körpülər Azərbaycanla İran arasında əldə edilən razılığa əsasən tikilib və məqsəd heç də tanınmamış “DQR” ilə iqtisadi əlaqələr qurmaq deyil. Bəs, bu iddia reallığı nə qədər əks etdirir?

Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdə həmçinin bir-birini tamamlayan iki körpününün tikilməsi ilə əlaqədar maddə də var.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbər verilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür”, - xatırladaq ki, AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında dərc olunan ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş” sərlövhəli xəbərində belə deyilir.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

“Xudafərin” və “Qız Qalası” bəndlərinə gəlincə, hər iki bənd Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran – Azərbaycan sərhəddində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.

Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənmişdir.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdır.

Körpülər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə inşa olunmuşdur. Haqqında danışılan iki rabitə körpüsü bu bəndin qurğularına aiddir.

Qısası, İran ciddi müzakirələrə səbəb olan körpülərlə bağlı məsələyə aydınlıq gətirdi. Görək, rəsmi Bakının buna cavabı necə olacaq? XİN-dən cabab gözləyirik.

İrandan şok cavab: “Dağlıq Qarabağa körpü Azərbaycanın razılığı ilə tikilib”

 

caspi1.org

Category: SİYASƏT . | Views: 103 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020