Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

İRANIN TÜRKİYƏYƏ YARDIMI VƏ TURAN NAĞILI

İRANIN TÜRKİYƏYƏ YARDIMI VƏ TURAN NAĞILI .

Azərbaycan xalqı olaraq, dost və qardaş Türkiyə Respublikasında baş verən meşə yanğınlarına çox təəssüf edirik. Sadə zəhmətkeş insanların, dilsiz heyvanların bu müsibəti çox ürəkağrıdıcıdır. Ən pis düşmənimizə də belə müsibət arzulamırıq. Biz Türkiyə xalqının yanındayıq.

İyul ayının 28 də başlanan meşə yanğınlarına qarşı mübarizəyə ilk növbədə Rusiya, Azərbaycan və Ukrayna ölkələri qoşulub. Qonşu İran İslam Respublikası da ilk gündən hər cür yardım göstərməyə hazır olduğunu bildirib. İran Müdafiə Nazirliyi, Mülki Müdafiə qərargahının rəhbəri, Briqada Generalı Əmir Hatəminin göstərişi ilə, iyul ayının 30 dan, İranın təyyarə və vertalyotları yanğınların söndürülməsində fəal iştirak edir. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Məhəmməd Nuri Əli Ağa İRNA ya müsahibəsində bildirib.

Rusiya, Ukrayna, İran və Azərbaycan yanğınsöndürənlərinə, ölkə başçılarına dərin minnətdarlığımızı bildiririk. İnanmaq istəyirik ki, bu humanist addım ölkələr arasında əlaqələrin genişləndirilməsinə, dostluq və əməkdaşlığa xidmət edəcək.

,,Rus- Fars Türkün düşməni ", Rusiya-İran dağılacaq, Turan birliyi qurulacaq " qışqıran bəzi millətçi ünsürlərə üzümü tutub deyirəm, gəlin qonşulardan özümüzə süni düşmən obrazı yaratmayaq. Kimin dost, kimin düşmən olması, belə çətin məqamlarında bilinir. Bütün gecəni yatmayıb, xəbər portallarını, Türkiyə, Turan birliyi deyilən ölkələrin, İsrailin və Pakistanın rəsmi saytlarına nəzər yetirdim. Təəssüflər olsun ki, təkcə Özbəkistan rəhbərliyi narahatlığını ifadə etməklə kifayətlənib. Təbii fəlakətlə mübarizədə çox güclü texnika və canlı qüvvəyə malik İsrail, Pakistan, Qazaxıstan, bu sahədə sonuncu olmayan Qırğızıstan, Türkmənistan və başqa türkdilli ölkələr ,hələlik susmağa üstünlük verir. Amma bu dəhşətli alovla mübarizə aparmaq üçün hər dəqiqə, hər an vacibdir, yubatmaq olmaz. Bu insan və heyvanlar üçün faciə olmaqla yanaşı, həm də Türkiyə dövləti üçün milyonlarla ziyan deməkdir. Təəssüf...

Az qala əcdaha obrazında bizə sırınan Turan birliyi ölkələrini nə Suriya, nə Şimali Kipr,nə Qarabağ məsələsində görmədik, əksinə ermənilərlə əməkdaşlığda daha çox nəzərə çarpırdılar. Müstəqilliyin ilk illərində Azərbaycan ərazisini 10 sm qızılla örtməyə söz verənlər, nəinki sözünə əməl etmədilər, ölkəni talayıb onillərlə geriyə atdılar, 80 ci illərin iqtisadiyyatının 70 faizinə çata bilməmişik. ,,Turan birliyi" nə də, ,10sm qızıl örtüyü " nağılı kimi baxıram. Dünyada hərbi, dini və iqtisadi birliklərdən başqa bütün birliklər, ilk növbədə xalqların və vətəndaşların birlik və həmrəyliyindən keçir. Əks təqdirdə boş söz və pafoslu danışıqdan savayı bir şey deyil. Azərbaycanda yaşayan bütün xalqlar eyni məqsədə xidmət edə bilər, bizi birləşdirən cəhətlərimiz, ayıran amillərdən dəfələrlə çoxdur. Amma özbək, qırğız, qazax, türkmənlə bizi ayıran cəhətlər, birləşdirən amillərdən çoxdur. Dost və mehriban qonşu ola bilərik, amma eyni dövləti və qurumu bölüşməyə şübhə edirəm. Milli Məclisin deputatı Qənirə xanım Paşayeva, 44 günlük Qarabağ müharibəsinə qədər az qala hər gün televiziya ekranlarında Turan birliyi haqqında danışardı, süper güc kimi təqdim edərdi, nəisə bu barədə daha danışmır, bəlkə qardaş Türkiyəyə yardım üçün yenidən Turan birliyi ölkələrinə müraciət etsin, yoxsa o da bu nağıla artıq inanmır?

Süni dost və yaxud düşmən obrazı yaratmaq olmaz, minillərin sınağından keçməlidir, bərkiməlidir, sübut və dəlillərə söykənməlidir. Dahi Nizaminin ,,Xeyir və Şər " əsərini dönə- dönə oxuyub, nəticə çıxarmaq lazımdır. Bizim bir düşmənimiz var- Ermənistan. Onun ən yaxın havadarı olan Fransa ilə həm Azərbaycan, həm Türkiyə yaxşı münasibətdədir. Parisdə kilsə yananda, Türkiyə də, Azərbaycan da 2 milyon yevro yardım etdi. Bu bizim insanlığımızdan və mərhəmətimizdən xəbər verir.

Yaşasın çoxmillətli və demokratik Müstəqil Azərbaycan. Yaşasın 3 nəhəng qonşu ölkələrimiz olan Türkiyə, Rusiya və İran, onların mehriban qonşuluğu və faydalı əməkdaşlığı.

Bir daha dost və qardaş Türkiyə xalqına Uca Allahdan imdad diləyirik. Qoy bu qara buludlar Türkiyənin üstündən tezliklə çəkilsin. AMİN!

31 07 2021ci il ADİ.

23 Sep 2021 в 14.12.08
95
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft