fd
CASP1.ORGTh, 02 Jul 2020, 19.57.54
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [9]MƏDƏNİYYƏT . [8]
SİYASƏT . [31]SOSİAL . [4]
TOLOŞON SƏDO . [1]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [6]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.45.01
Insanlara Hürriyyət, millətlərə Azadlıq! Azərbaycan reallığı!

Insanlara Hürriyyət, millətlərə Azadlıq! Azərbaycan reallığı!  

Xeyli vaxtdır ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyimiz "Azərbaycan reallığı" dünən, öz təsdiqini, bir daha tapdı! "Demokratik müxalifətin" öndərlərindən biri, az qala "Azərbaycanda demokratik dəyərlərin ATA-sı” roluna iddialı olan, İqbal Ağazadə danışdı(yazdı). Danışdı ki, bizim "Azərbaycan reallığı" haqqında dediklərimizi inkar etsin, guya biz "demokratik müxalifətə" qarşı qərəzli mövqe tuturuq, guya "demokratik müxalifət" ölkədə baş verənlərə biganə deyil, ölkədə insan haqlarının qorunması yolunda mücalidədir!...

Yuxarıda dediyimiz kimi, İ. Ağazadə bu mövzuda dediklərimizi təsdiqlədi, hətta, bizdən "çox sağ ol"da, qazandı! Demokrat maskası( oxu,- tülkü maskası) taxaraq, İ.Ağazadə deyir: - Bu ölkə türkü, talışı, ləzgisi, avarı, kürdü, tatı, ingiloyu, saxuru, qrızı, yəhudisi ilə gözəldir... Gözəl sözlərdir, lakin, İ.Ağazadənin dilindən bu sözlər, ancaq daxili auditoriyaya yönəlmiş, gəlişi gözəl sözlərdən başqa bir şey deyil, xüsusən Azərbaycanda yaşayan qeyri-türk xalqlara yönəlmiş sözlər! Onların başı altına yastıq qoymaq cəhdidir! Bizlər də, elə Fəxrəddin Abbasov da, uzun illər bu ideyanın carçıları olmuşuq, nəticədə isə, nə gördük? "Qardaşıq, az qala ailəyik",- deməklə, İ.Ağazadə nə demək istəyir? Bəs hanı bizim məktəbimiz, dərsliklərimiz, təhsil kadrlarımız, televiziyamız, radiomuz, teatrımız, ...? Yəni,-qardaşıq, hamısı bizim olsun, sizə də dirsək göstərək, eləmi? Azmı talış, ləzgi, avar, kürd və başqa xalqlar Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış, canlarından keçmişlər? Bəs nəsibləri nə oldu, cənab ağalarına zuy tutan "demokrat"? Lakin, bu "demokrat" öz qurd xislətini bu bərbəzəkli sözlərin arxasında gizlədə bilmir, anındaca könlünün əsas məqsədini bəyan edir: - "Biz Azərbaycan insanını dilinə, dininə, millətinə görə sevmirik..." Əhsən, "demokrat"! Sonra bu "demokrat" daha da irəli gedərək deyir:- "Gəlin, birlikdə güclü Azərbaycan quraq - insan haqlarının qorunduğu, ərazisi azad olunmuş, demokratik Azərbaycan..." Yenə əhsən, gəlin quraq! Niyə qurmuruq? Nəhayət, kiminçün və kimlərçün quraq, "talışlı, ləzgili, avarlı, kürdlü, ...”, ailəliklə yığışıb, siz turklərçünmü quraq? Yenə də, bu "demokrat", bəyan edir: - "Cinayətkarın da hüquqları var, heç bir məhkuma və ya təqsirləndirilən şəxsə qarşı CPM-nin pozulmasını istəmirik “ ("istəməmək" azdır, cənab "demokrat"!), olacaqsa ( olmur ki, cənab "demokrat")... Ya belə deməklə, ədalətli cəmiyyətdə yaşadığımıza işarə edirsiz və bununla da, ağalarınıza xidmətdə bulunursuz? İqbal Ağazadə uzun müddətdir ki, siyasət meydanındadır, onun şəxsiyyəti haqqında uzun-uzadı danışmaq fikrində deyilik, onun mahiyyətini anlamaq üçün kifayətdir ki, öz "cəbhədaşlarının" bu illər ərzində, haqqlarında mətbuatda yazdıqları sözləri xatırlayaq! Təkcə, 2003-cü il prezident seçkilərində onun öz "cəbhədaşlarını" necə provokasiyaya çəkmək istəməsini və bundan sonra "həbsdə yatmasını", nəticədə 2005-ci ilin parlament seçkilərindən sonra, Mıllı Məclisdə peyda olmasını xatırlasaq, düşünürük ki, kifayətdir! Nəticə isə budur: Faşist xislətli "demokrat"! "Demokrat", " liberal dəyərlərin cəfakeşi" İ.Ağazadə inkvizisiya dövründəki kimi əli-qolu bağlı adamı daş-qalaq edərək linç etməyə çağırırsa, əslində Azərbaycan cəmiyyətinin əsil mahiyyətini ortaya qoyur, azərbaycan reallığını bir daha nümayiş etdirir!...

Talış Milli Hərəkatı. 

Category: SİYASƏT . | Views: 111 | Added by: ruslantalish7 | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020