Kapital bank Lənkəran filalından biabırçı saxtakarlıq!
Kapital bank Lənkəran filalından biabırçı saxtakarlıq!
Kapital bankın Lənkəran filalı ll qrup əlil olan Lənkəran rayon Boladi kənd sakini Miriyev İlqar Heybət oğlunun özünün iştirakı olmadan onun adına 5600 (beş min altı yüz) manat kredit rəsmiləşdirib. Artıq iki aydırki İlqar Miriyevin əlillik pensiyasından hər ay 177 manat tutulur. Kapital bank, belə saxtakarlıq heç yerdə görülməyib. Prosedurun video çəkilişini izlədikdən sonra məlum olub ki, həmən krediti götürən İlqar Miriyev deyil, şəxsiyyəti məlum olan başqasıdır.
Kapital bank etdiyi bu cinayəti etiraf etsədə həmin krediti zərərçəkmişin hesabından silib dələduzluğu edənin hesabına köçürmək istəmir.
Bildirir ki, dələduzluğu edənin maaş kartı yoxdur ki, ondan alaq. Bank şöbə müdürü bildirir ki, krediti rəsmləşdirmiş işçini işdən çıxartmışıq etdiyi bu səhlənkarlığa görə
Bank kredit verdiyi şəxsin kim olduğunu müəyyən etmədən necə kredit rəsmləşdirib?
Başqa vaxtı kredit götürmək istəyəndən 10 dənə sənəd istəyirsiz, şəkil çəkirsiz. Bu cür maxinasiya necə baş verib? Nə məlumdur ki, bank dələduzluq edənlə əlbir deyil?
Xahiş edirəm bu məlumatı paylaşın.
Bu məsələn ola biləcəyinə inanmayanlara, şübhə edənlərə bildirmək istəyirəmki, bu gün özüm həmin zərərçəkmişlə Kapitalbankda olmuşam. 2 gün öncə kreditin sədədləşdirmə prosesinin videolentinə baxılıb. Həmin dələduzun kimliyi məlum olub. O dələduzuda aparmışam banka. Bank da, dələduzun özüdə cinayəti etiraf edir. Dələduz işin prokurorluğa getməməsi üçün həmin kreditin zərərçəkmişin adından silinib öz adına yazılmasını istəyir. Bank şöbə rəhbəri isə bildirirki həmin dələduzun gəliri olmadığından krediti onun adına keçirə bilmərik. Bankdan Bakıya mərkəzə zəng edilib. Mən həmin mərkəzlə danışmışam. Ordanda deyirlər ki biz zərərçəkmişin adından krediti silə bilmərik. Gərək qərar olsun. Bu ll qrup əlilin haqqını müdafiə etmək üçün məni tanıyanlardan ilk dəfə bir xahiş edirəm. Bu statusumu paylaşın ki, haqq yerini tapsin