Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  September 2022  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Kraliça sevimli qalasını həmişəlik tərk etdi - Fotolar

Kraliça sevimli qalasını həmişəlik tərk etdi - Fotolar

 

Kraliça sevimli qalasını həmişəlik tərk etdi - Fotolar

Sentyabrın 8-də dünyasını dəyişən Kraliça II Elizabet hər yayı keçirdiyi sevimli qalasını həmişəlik tərk edib.

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Kraliçanın nəşini aparan maşın korteci Balmoral qəsrindən ayrılıb və 6 saatlıq Edinburq səyahətinə çıxıb. Kraliçanın tabutunun bir gecə də Holirud sarayında qalacağı açıqlanıb.

Cənazə avtomobilini şahzadə Anna və onun əri, vitse-admiral Tim Lourens müşayiət edib. Elizabetin cəsədi olan tabut Şotlandiyanın Kral bayrağı ilə örtülüb. Üstünə qoyulan gül çələngi isə Balmoral bağından toplanan çiçəklərdən toxunub. Həmin gülləri Kraliça xüsusi sevib.

Sabah Şotlandiyanın paytaxtı milli matəm mərkəzinə çevriləcək: təntənəli yürüşün müşayiəti ilə Kraliçanın cənazəsi olan tabut saraydan Müqəddəs Egidiya kafedralına aparılacaq. II Elizabet sentyabrın 19-da Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında sevimli əri Şahzadə Filipp, atası VI George, Kraliça Ana və bacısı Marqaretin yanında dəfn ediləcək.

 

06 Dec 2022 в 20.01.08
47
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft