Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  September 2022  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Lənkəranda axundun bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar üzə çıxdı - VİDEO

Lənkəranda axundun bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar üzə çıxdı - VİDEO

 

Lənkəranda axund bıçaqlanıb.

Ambur.az-ın APA TV-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev səhər saatlarında sübh namazı zamanı, həmin kəndin sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. Ona çoxsaylı bıçaq zərbələri endirilib. Xəsarətlər alan axund Taleh Əliyev Lənkəran Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidi Toğrul Cəfərov deyir ki, gözləmirdik bu hadisəni, məscidin pilləkənlərindən düşəndə arxadan gəlib vurub: “Biz elə bildik əlbəyaxa edirlər. Gecədir, sübh namazı vaxtıdır, qaranlıqdır. Sonra bildik ki, əlində bıçaq olub. Elə mən onu xəstəxanaya tez çatdırdım. Ondan bir gün qabaq Taleh iki namaz arasında söhbət eləməyi bunun xoşuna gəlməyib. Bu cür danışma. Taleh də ondan balaca olduğu üçün Talehin sözünü kəsirmiş demiş ki mənim sözümü kəsmə. Mən danışıram sən səbr elə. Bu söz onun xoşuna gəlməyib”.

Hadisə şahidi Elçin Qafarov da hadisənin baş vercəyini gözləmədiyini bildirir: “Biz də gəldik kənd məscidinə səhər sübh namazı ərəfəsində ki, namazımızı icra edək, vacibatə əməlini görək. O, təqdirdə namazımızı qurtarandan sonra, məsciddən çıxdıq ki, evə gedək. Elə çıxdığımız tərzdə məsciddə bir az qalmaqal – münaqişə düşdü. O vəziyyətə gəlib çaTmağı mən də gözləmirdim, amma əfsus ki, alındı. Məscidin içində bir az mübahisə yarandı, biz çox icazə vermədik Allah evinin ehtiramı həmişə saxlanılır. Biz də qarşı tərəfin də səs – küyünü azaldaraq, əfsus, şər qüvvə ona güc gəldi, bizim o təzə təyinat almış, ruhanimizə bu cür xəsarət endirildi”.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA TV – yə açıqlamasında bildirib ki, hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verib. Onlar arasında bir gün əvvəl də mübahisə düşüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Taleh Əliyev Lüvəsər kənd məscidinə yenicə axund vəzifəsinə təyin edilib.

06 Dec 2022 в 21.19.14
35
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft