Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  November 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Lənkəranın ucqar dağ kəndində uşaqlar üçün aksiya keçirilib

Lənkəranın ucqar dağ kəndində uşaqlar üçün aksiya keçirilib

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə icra edilən “Bir oyuncaq” uşaqlara dəstək aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın əsas məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial qayğı ilə əhatə olunması, eyni zamanda, gənclər arasında təşəbbüskarlığın və vətəndaş məsuliyyətinin artırılmasından ibarətdir.

Bu məqsədlə gənc təşəbbüs qrupu tərəfindən ucqar kəndlərdə yaşayan uşaqlar müxtəlif oyuncaqlar, idman məhsulları, maarifləndirici dəftərxana ləvazimatları və digər əşyalarla təmin edilir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulovun iştirakı ilə növbəti aksiya Lənkəranın ucqar dağlıq ərazisində yerləşən Gəgiran kəndində olub.

Zəfər Günü ərəfəsində planlaşdırılmış səfər zamanı öncə kəndin şəhid məzarları ziyarət olunub və şəhid ailələri ilə görüş keçirilib, şəhid övladlarına hədiyyələr verilib.

Daha sonra kənddə yaşayan 150 uşağa könüllü ianə və dəstəklər hesabına toplanan oyuncaqlar, maarifləndirici ləvazimatlar hədiyyə edilib.

“Bir oyuncaq” uşaqlara dəstək layihəsinin davamlı olaraq müxtəlif ucqar dağ kəndlərində keçirilməsi planlaşdırılıb.

 

 İlkin Adıyev, 

06 Dec 2022 в 21.37.59
36
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft