Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  April 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Lerikdə  7 aprel 2022 ci ildə  Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş idman yarışı keçirilmişdir

Lerikdə  7 aprel 2022 ci ildə  Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş idman yarışı keçirilmişdir.

 

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, XTQ Kimya Xidmət Rəisi, Şuşa Fatehi, Şəhid baş leytenant Yaqublu Əliqismət Mükafat oğlunun bu il aprel ayının 18-də 30 yaşı tamam olur. Bu münasibətlə, aprel ayının 7-də Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş idman yarışı keçirilmişdir. Yarış “Lerik FİCHT Club”un rəhbəri Rizvan Abayevin təşkilatçılığı ilə “qaydasız döyüş” idman növü üzrə keçirilmişdir.

İdman yarışına Şəhid baş leytenant Əliqismət Yaqulunun valideynləri, şəhid ailələri, Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov, İcra Aparatının kollektivi, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər tamaşa etmişlər.

Şəhidin xatirəsinə həsr olunmuş idman tədbirini giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov açmış, Vətən Müharibəsindəki qələbəmizdən, Şəhidlərimizdən, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açmış, şəhidlərə xalqımızın ehtiramından danışmış və belə tədbirlərin şəhid ailələrinə böyük mənəvi dəstəyinin olmasını diqqətə çatdırmışdır. Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və digər çıxış edən natiqlər, şəhidin həyat və döyüş yolu haqqında danışmış, belə tədbirlərin tez-tez keçirilməsini və rayonda idmanın inkişaf etməsini xüsusilə qeyd etmişlər . Məktəbli Elmin Zülfiyev şair Qəhrəman Əliyevin Şəhid baş leytenant Əliqismət Yaqubluya həsr etdiyi “Cənab leytenant” şeirini səsləndirmişdir.

Sonra söz Şəhid atası Mükafat Yaqubova verilmişdir. Mükafat Yaqubov şəhidlərə göstərilən ehtirama görə xalqımıza təşəkkür etmiş, şəhid ailələrinə göstərilən qayğıya görə Prezidentimizə, Hökumətimizə, Lerik Rayon İcra Hakimiyyətinə, “Lerik FİCHT Club”un rəhbəri, İdman ustası Rizvan Abayevə və yarışda iştirak edən gənc idmançılara minnətdarlığını bildirmişdir. Sonra şəhid atası yarışın başlanması üçün start komandası vermişdir.

10 idmançının iştirak etdiyi yarışda 5 nəfər qalib olmuşdur. I yeri tutan qaliblər Əliqismət Yaqublunun fotoşəkli həkk olunmuş qara kəmərlə mükafatlandırılmışlar. Əliqismət Yaqublunun fotosu həkk olunmuş digər simvolik qırmızı kəmər Şəhidin atası Mükafat Yaqubova təqdim olunmuşdur.

Yaqubov Mükafat

19 May 2022 в 14.35.03
72
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft