MƏNİ DƏ AL ÖLÜMDƏN
MƏNİ DƏ AL ÖLÜMDƏN
Hər gün keçib gedirsən,
Ayrılığın yolundan.
Saatına yaxşı bax,
Heç çıxarma qolundan.
Maşının da bu yolun
Havasına öyrəşıb.
Təkərləri bu yolun
Vəfasına öyrəşib.
Maşınını asta sür,
Sinəmdən bir nam alsın.
İşıqforumda bir dur,
Ürəyim bir kam alsın.
Ayrılığı aldatmaq
Gəlməz mənim əlimdən.
Maşınını ona ver,
Məni də al ölümdən.
XANLAR HƏMİD. 21. 04. 2022
Комментариев нет