Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  January 2022  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

MƏNİ HƏR GÜN ÖZÜNƏ AŞİQ EDƏN QADINSAN

MƏNİ HƏR GÜN ÖZÜNƏ AŞİQ EDƏN QADINSAN

Məni hər gün özünə

Aşiq edən qadınsan.

Könlümə hər gün gələn

Hər gün gedən qadınsan.

Deyirsən ki,

Mən dediyim deyilsən.

Deyirəm:

Bu ürəkdə çiçək tək

Hər gün bitən qadınsan.

Qorxuram, səni

İtirməkdən qorxuram.

Səni gözlərimə

Götürməkdən qorxuram.

Qorxuram gözlərimdə

Göz yaşıma dönəsən.

Qorxuram uçub gedən

Can quşuma dənəsən.

Sən yuxuda olarkən

Gözünün həsrətini,

Sən dinməyib susarkən

Sözünün həsrətini,

Başım hər zaman çəkir

Dizinin həsrətini.

Neyləyim, yanında da

Həsrətini çəkirəm.

Ürəyimin başına

Surətini çəkirəm.

Dedin: böyütmə məni

Bundan çox utanıram.

Dedin: məni sevmə çox

Səndən çox utanıram.

Dedin: bu qədər yazma,

Mən kitablıq deyiləm.

Dedim: gözlərimə bax,

Mən sabahlıq deyiləm.

Mənim üçün bu gün var,

Sabahım da bu gündür.

Eşq adlı bir dinim var,

Pənahım da bu dindir.

Məni hər gün özünə

Aşiq edən qadınsan.

Mənə gəlməsən də heç,

Məndən gedən qadınsan!

XANLAR HƏMİD. 08. 01. 2022

Bir 1 nəfər və içəridə şəkili ola bilər

 

22 Jan 2022 в 08.40.29
36
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft