Mars, onun atmosferi, suyun varlığı
Mars, onun atmosferi, suyun varlığı.
Yer kürəsində suyun hər 3 halına rast gəlmək olur. Yer səthində, dəniz səviyyəsində su 100 dərəcə selsidə qaynayır, 0 dərəcə selsidə donur. Suyu Yer səthindən 20 km yüksəklikdə qaynatmaq istəsəz sizə adi otaq temperaturu kifayət edəcəkdir. Məsələn kosmonavt paltarı olmadan 20 km yüksəklikdə olsaz bədəninizdəki su bədən temperaturunda qaynamağa başlayacaq.
Bunu niyə izah edirəm.? Marsa baxaq.
Mars atmosferi Yer atmosferindən çox incədir. Üstəlik Marsın cazibə qüvvəsi Yerinkindən 2 dəfə zəifdir. Yəni Mars səthində atmosfer təzyiqi Yerdə təxminən 20 km yüksəklikdeki təzyiqlə eynidir. Bu təzyiq altında suyu maye halda saxlamaq demək olar ki mümkün deyil. Ona görə də Mars səthində su olsa belə maye halda qalmayacaq. Buxarlanacaq və atmosferə qarışacaq. Ozon təbəqəsi və maqnit sahəsi olmadığı üçün su buxarı Günəşdən gələn ultrabənövşəyi şüalar və radiasiya ilə bombardman ediləcək. 2 hidrogen, 1 oksigen olan su hidrogen və oksigenə ayrılacaq. Hidrogen bilinən ən yüngül qaz olduğu üçün Mars atmosferinin təpəsinə çıxacaq və Günəş küləkləri ilə sovrulub gedəcək kosmosa. Beləliklə Marsda haçansa su olubsa da o yavaş yavaş bu səbəbdən yoxa çıxıb gedib.Astronomy Club