Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Masallı

" Masallı" - adlı şeirimi ixtisarla təqdim edirəm.

 

Talış diyarının mirvarisidi,

Hüsnündə yaşayır əzəmət , vüqar.

Kiçiyə ehtiram , böyüyə hörmət,

Ən gözəl adətlər Masallıda var.

Qaraxan bulağı dərdlərə dərman,

" Viləş "çay can verir torpağa , daşa.

Zəhmətkeş , mərd, igid oğlanlarınla,

Yaşa ay Masallı , yaşa min yaşa.

Bu yurdun üstündə tanrının əli,

" İstisuyu neçə dərdə dərmandı.

Hər çiçəyin , hər otun öz sirri var,

Təbiət özü burda bir loğmandı.

Burda halallığa söykənib həyat ,

Hamının ürəyi səxavətlidi.

Bu yerdə başqadır qonağın yeri,

Burda uşaqlar da xoş niyyətlidi.

Bəşir, Qüdrət kimi saysız -hesabsız ,

Ürfan sahibləri yaşayıb burda.

Elin kədərini, dərdi - sərini,

Öz çiyinlərində daşıyıb burda.

Mirheydər ağanı ziyarət edən ,

Agrını - acını unudub gedir.

Mərhum Mirtağının, Seyid Sadığın,

Ocagı çoxunun dadına yetir.

Gör neçə nəgməkar bülbüllər burda,

Gözəl mahnılardan çələng toxuyub.

Baloglan , İsrail , Həbib , Firidun,

Səs salıb dünyaya meydan oxuyub.

Azad Talışoglu , bu yurdun oğlu,

Bir vaxt meydanlarda söz oynadıbdı.

Şeirləri dillər əzbəri olan ,

Bu yerin bir Tofiq İlhamı vardı.

Camal Lələzuə , Xanəli Tolış,

Ömrünü şeirə bağlayıb burda.

Vaqif Yusifoğlu, Şirəli Əlyar,

Büllur bulaq kimi çağlayıb burda.

Neçə qəhrəmanı Vətən yolunda,

Qanlı döyüşlərdə alovdan keçdi.

Ölümün gözünə dik baxa - baxa.

Şəhidlik , şəhadət şərbəti içdi.

Tanrıya imanı , etiqadıyla,

Bənzəri olmayan yerdi Masallı.

Neçə övliyalar uyuyur burda,

Ocaqdı , türbədi , pirdi Masallı.

Teyyub Ağazadə

23 Sep 2021 в 14.32.29
83
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft