Masallının Ərkivan qəsəbəsində anadan olan və hazırda ABŞ-da yaşayan 16 yaşlı Ruslan Mikayılov Amerikanın eyni vaxtda ödənişsiz və təqaüdlü
Masallının Ərkivan qəsəbəsində anadan olan və hazırda ABŞ-da yaşayan 16 yaşlı Ruslan Mikayılov Amerikanın eyni vaxtda ödənişsiz və təqaüdlü 4 məşhur universitetinə qəbul olub.
9 yaşından ailəsi ilə birlikdə Amerikaya köçən Ruslan 12 illik orta məktəbi əlaçı və nümunəvi şagird kimi vaxtından əvvəl 16 yaşında yüksək qiymətlərlə bitirib.
Ruslana qəbulla bağlı dəvət göndərən universitetlər:
1. The George Washington University
2. University of Maryland
3. University of Maryland ( UMBC)
4. Virginia Tech
▪︎Bir neçə il öncə Ruslan ABŞ-ın sabiq prezidenti Obamanın xanımı Mişel Obama tərəfindən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb.
▪︎Ruslanın şərəfinə onun oxuduğu məktəbdə Azərbaycan bayrağı asılıb.
▪︎Ruslanın atası Azərbaycan Dövlət Texniki Universitetini bitirib. Hazırda ABŞ-da, Vaşinqton şəhərində iş adamı kimi çalışır.
▪︎Ruslanın əmisi Qorxmaz Mikayılov Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və Kiyev Dövlət Kibernetika institutunda elmi dərəcəyə yiyələnib. Daha sonra ABŞ-da Kompüter elmləri üzrə doktorluq dərəcəsinə yüksəlib. Hazırda ABŞ-da (Vaşinqtonda) dövlət qulluğunda və elm sahəsində çalışır.
▪︎Ruslanın əmisi oğlu Anar Mikayılov orta məktəbi ABŞ-da fərqlənmə diplomu ilə başa vurub, daha sonra ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin Tibb fakültəsini bitirib. Hazırda ABŞ-ın Vaşinqton şəhərində klinika direktorudur.
▪︎Ruslanın əmisi Rahib Mikayılov Kiyev Dövlət Politexnik İnistutunu bitirib. Elmi dərəcəsi var. Hazırda ABŞ-da, Vaşinqton şəhərində Dövlət Administrasiyasında kompüter sahəsi üzrə məsul vəzifədə çalışır.
▪︎Ruslanın əmisi Rasim Mikayılov Azərbaycan Dövlət Texniki Universitetini bitirib və hazırda Amerikada mühəndis işləyir.
▪︎Ruslanın bacısı Sabrina Mikayılova orta təhsilini vaxtından əvvəl 16 yaşında ABŞ-da başa vurub. Hazırda Amerikada Maryland Universitetində Tibb və Komputer elmləri üzrə təhsil alır.
© Zahir Əmənov (cenub.az).