fd
CASP1.ORGSu, 25 Oct 2020, 08.44.06
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [11]
SİYASƏT . [52]SOSİAL . [6]
TOLOŞON SƏDO . [3]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [15]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


20.10.32
Mehdibəy Səfərov  Bəzi siyasəçilərə öz iradını bildirdi
Mehdibəy Səfərov  Bəzi siyasəçilərə öz iradını bildirdi

 

Son zamanlar özlərinə "siyasətçi" deyən, bəzi diletantlar tərəfindən vətənimiz - müstəqil Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin prefekturasına daxil olunmasına yönəlik intensiv çağırışlar edilir! Elə bil, Azərbaycan bu adamların şəxsi əmlakıdır, kimə istəsələr, ona da pay verə bilərlər...

Bu istiqamətdə çağırışlar edən hər kəsə açıq-aşkar bəyan edirəm; Azərbaycan bizlər, onu ürəkdən sevənlər üçün, vətən - anadır! Türkiyə bizə yaxın, qardaş ölkədir! Hamımız bu ölkəni sevirik! Amma, bütün bu sevgi və istəklərə baxmayaraq, nə vətəni, nə də ananı statusundan asılı olmayaraq, kiməsə, hansısa güclü ölkəyə pay və ya hədiyyə vermək olmaz! Heç kəs ağlına belə, bu sayaq, mütəqəlqəl fikirlər gətirməsin! Dilindən və dinindən asılı olmayaraq, dövlətlərinin müstəqilliyini göz bəbəyi kimi qoruyan qürurlu Azərbaycan vətəndaşları buna qətiyyən imkan verilməyəcəklər! Bu adamların arzularını ürəklərində saxlayacağıq!

Türkiyəyə, İrana, Rusiyaya və digər qonşu ölkələrə rəğbət və məhəbbət bəsləmək  hər kəsin şəxsi işidir! Amma, bu, o anlama gəlməməlidir ki, qanımız və canımız bahasına əldə etdiyimiz müstəqilliyimizi hansısa naxələflərin arzusu ilə qonşu ölkələrdən birinə bəxşiş, pay kimi hədiyyə edilə bilər!

Azərbaycan Respublikasının dövlət müstəqilliyi toxunulmaz və əbədidir! Doğrudur, bu gün ölkəmiz traybal - tayfa hakimiyyəti tərəfindən avtoritar üsul-idarə yoli ilə, ədalətsizcəsinə talanır! Lakin, çox çəkməz ki, bizlər, bir yerdə - etnik mənsubiyyətimizdən asılı olmayaraq, ölkəmizdə sivil, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quracağıq!

Quracağıq ki, balalarımız bu dövlətdə xoşbəxt yaşasınlar!

Buna heç kimin şübhəsi olmasın!..
 

Mehdibəy Səfərov

 

Category: SİYASƏT . | Views: 71 | Added by: ruslantalish7 | Tags: Mehdibəy Səfərov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  September 2020  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020