Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  October 2021  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Müslüm Maqomayevin adına küçə verilməsi üçün Moskva merinə müraciət olunub

Müslüm Maqomayevin adına küçə verilməsi üçün Moskva merinə müraciət olunub. 


Rusiyanın paytaxtı Moskva şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adına küçə verilə bilər.

Saytımızın Moskva müxbirinin xəbərinə görə, Müslüm Maqomayevin adına küçə verilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından artıq Moskva şəhərinin dövlət strukturlarına müraciət olunub.

Moskvanın Şərqi Dequnino rayonunun yerli azərbaycanlı milli mədəni muxtariyyətinin sədri Həşim Əliyev saytımıza bildirib ki, artıq Moskva meri Sergey Sobyaninə və paytaxtın Troitsk və Novomoskovskiy inzibati dairələrinin administrasiyasına (Yeni Moskva) Moskovskiy yaşayış məntəqəsinin küçələrindən birinə Müslüm Maqomayevin adının verilməsi üçün müraciət edilib.
Həşim Əliyev rayon administrasiyası tərəfindən həmin müraciətə baxıldığını və Moskovskiy yaşayış məntəqəsinin deputatlar Şurasının iclasında Müslüm Maqomayevin adına küçə verilməsi təklifinə baxılacağını qeyd edib.

caspi1.org

07 Dec 2021 в 00.15.33
45
Добавил ruslantalish7
Оценок нет
Теги: www.caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft