fd
CASP1.ORGSa, 27 Feb 2021, 22.16.57
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [19]Mədəniyyət [17]
Siyasət [60]Sosial [12]
Toloşon Sədo [9]TMH . [10]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [19]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.27.34
Nəinki Talışşünaslıq kafedrası, hətta LDU- da talış dili filologiyası ixtisası olmalıdır

Nəinki Talışşünaslıq kafedrası, hətta LDU- da talış dili filologiyası ixtisası olmalıdır.

 

Son günlər Talış dilinin orta məktəblərdə tədris olunması, LDU-da Talışşünaslıq kafedrasının açılması ilə bağlı müzakirələr gedir. Həmin müzakirələr isə bu tələbləri irəli sürən tələbələrə qarşı LDU rəhbərliyinin aqressiv davranışları və həmin tələbələrin həbs elətdirilməsi ilə başladı. Daha sonra LDU- nun müəllimi Ənvər Şahqubadbəylinin yazdığı status və LDU- nun prorektoru Kamran Kazımovun müsahibəsi ilə mövzu daha da dərinləşməyə başladı. Kamran Kazımovun müsahibəsi isə daha məntiqsiz idi, sadəcə rəhbərinin "sağ ol"unu almağa hesablanmış müsahibə idi. Kamran Kazımov deyir talışam, bu dil də orta məktəblərdə tədris olunur. Bəli tədris olunur. Nə ilə, kim ilə, necə Kamran Kazımov? Əmək müəllimi ilə, yoxsa idman müəllimi ilə. Deyir Talış dili orta məktəblərdə dərsliklər vasitəsi ilə tədris olunur. Əgər dərs deyən və yaxud dərs keçən mütəxəssis yoxdursa, hansı tədrisdə söhbət gedə bilər.

Jurnalist ona sual verir, fikrini əsaslandırır ki, niyə Ermənistanda Talışşünaslıq kafedrası var, bizdə yoxdur. Yenə əlaqəsiz , məntiqsiz cavab verir. Bəli

Ermənistanda Talışşünaslıq kafedrası var, bunun bir səbəbi LDU- da Talışşünaslıq kafedrasının olmamasıdır, digər səbəbi isə ermənilərin Talış dilini öyrənmək istəmələridir. Birinci Qarabağ savaşında Talış dili ermənilər üçün çətinliklər yaratdığından, onlar məcbur olub Talış dilini tədris etməyə başlamışlar.

Daha sonra deyir ki, mən Talış dili üzrə mütəxəssis deyiləm,filoloqam. Özü özünü inkar edir. Sual yaranır, Kamran Kazımov mütəxəssis deyil, mən mütəxəssis deyiləm, ümumiyyətlə akademik səviyyədə, pedaqoji səviyyədə mütəxəssis yoxdur. Olmamağı azmış kimi, bu mütəxəssislər hazırlanmır. Bəs harada hazırlanmalıdır, təbii LDU- da, Astarada , Lənkəranda fəaliyyət göstərən LDU kolleclərin də. Deyir yoldaşım materialları tapır gətirir və tədris edir. Orta məktəblərdə materiallar niyə axtarılıb tapılmalıdır. Bunu akademik səviyyədə eləmək lazımdır Kamran Kazımov. Daha sonra həyasızcasına iddia edir ki, burda digər regionlardan təhsil alan tələbələr niyə Talış dili öyrənməlidirlər. Bəli düz buyurursunuz Kamran müəllim, fikrinizi belə əsaslandırırsınız ki, niyə Talışşünaslıq kafedrası olmalıdır.Niyə olmamalıdır? Nəinki Talışşünaslıq kafedrası, hətta LDU- da talış dili filologiyası ixtisası olmalıdır. Həmin ixtisas üzrə qəbul olunan tələbələr gələcəkdə bu dilin tədrisi ilə məşğul olmalıdır. Daha sonra isə orta məktəblərdə tədrisin tədris şöbələrinin işi olduğunu deyir. Əgər təhsil şöbəsi dərs deməyə mütəxəssis tapa bilmirsə, ölkədə talış dili ali səviyyədə tədris edən ali təhsil ocağı yoxdursa və bu təhsil ocağı da LDU olmursa və onun rəhbərliyi talış dilinə qarşı vandal kimi davranırsa, onda vay bizim halımıza.

Talış dili talışların ana dilidir, qədim dildir.Bu dil həm də dünyanın açar dillərindən biridir. Ziya Bunyadov " mən Talış dilini bilsəydim dünya tarixini yenidən yazardım" deyərdi. Bu dil qorunmalıdır, həm orta, həm ali, həm də akademik təhsil səviyyəsində. LDU- da talışşünaslıq kafedrası və talış dili filologiyası üzrə ixtisas açılmalıdır. Talışların yaşadığı ərazilərdə isə talış dili tədris olunmalıdır. Bu dil mənim ana dilimdir. Mənim kimi bütün talışların ana dilidir.

May be an image of 1 nəfər və bunu deyən yazı "TALIŞTV AZORBAYCAN talistvazerbaycan Talış dili talışların ana dilidir,qadim dildir. Bu dil ham da dünyanın açar dillarindan biridir. Ziya Bunyadov man Talış dilini bilsaydim dünya Tarixini yenidan yazardım" deyardi.. Dayarli ziyalı Ruslan Dadaşov öz Facebook hesabında yazır."

Ruslan Dadaşov .

Category: Siyasət | Views: 84 | Added by: ruslantalish7 | Tags: Ruslan Dadaşov . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  February 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28

Entries archive

Site friends

Copyright MyCorp © 2021