Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  June 2021  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Necə baş əyim?

Necə baş əyim?
Felyeton

Şirəli Əlyar

Deyirlər keçmişdə bir padşah varmış, onun çox insafsız əyyanları varmış. Padşah onlara deyəndəki, gedin filan kənddə, filan oğrunu gətirin, onlar gedərmiş bütün kənddə olan camaatı qabağına qatıb gətirərmiş və padşaha deyərdilər, bu kəndin bütün adamları oğrudurlar. Hətta deyirlər bir dəfə padşahın bir kişinin papağına gözü düşür, deyir gedin filan kişinin papağını gətirin. Əyyanlar gedib o kişinin başını bədənindən ayırıb gətirirlər. Padşah onlardan soruşur, niyə belə edirsiz? Əyyanlar deyirlər ki, belə papağın sahibi öz papağının ardınca gələr...
İndi bizim bəzi məmurlarımız qalıblar o padşahın əyyanlarının yerində. Ölkə başçısı deyib ki, ölkədə saxta yolla pensiyaya çıxanlar var, onların qarşısını almaq lazımdır. Bizim sosial təminat nazirimiz də, ağına-bozuna baxmayaraq külli miqdarda əlillərin, zəlillərin, xəstələrin pensiyasını kəsib. Sosial şəbəkələrdə pensiyalarını kəsilmiş əlillərin ahu-zarına baxanda adamın boğazından heç su da keçmir.
Bazar günü avtobus işləmədiyindən Saraydan Sumqayıta taksi ilə getməli oldum. Taksi şoferi əlil idi, maşını çətin idarə edirdi. Dedim:
-Qardaş, sən bu vəziyyətdə niyə maşın sürürsən?
Dedi:
- Əmi, birinci Qarabağ əliliyəm, neçə aylardır pensiyamı kəsiblər. Bugün-sabah düzələr, deyirlər. Amma uzadılır. Vallah, dilənçilik etməyi özümə sıxışdırmıram, axı mən birinci Qarabağ savaşının qazisiyəm, düşmənə baş əyməmişəm, indi bir qarin çörək üçün əl açıb, necə baş əyim??
Bu sözlərdən sonra mən xəcalətdən başımı əydim. Yol pulum 1 manat idi, 2 manat verdim. Mənim də gücüm buna çatdi...

29 Jul 2021 в 01.50.21
103
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft