fd
CASP1.ORGSu, 27 Sep 2020, 04.42.08
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


23.49.03
Nicat İmran :QHT, media, partiyalar, fiqurlar arasında qruplaşmalar var

Dünən iradlar bildirilirdi ki, bəs niyə sən Bakı hökümətinin nəzarətində yaşayan xalqların məsələsində normal diskussiya yox, çox sərt ifadələrdən istifadə edirsən?

1) Bu vaxta qədər yazdığım onlarla sakit, mədəni, kifayət qədər arqumentləri olan heç nəyə reaksiya verilməyib, ancaq təhqirlərə təhqirlə cavab verəndə buna etiraz edilir. Siyasi məsələlərdə təhqirə daha əvvəllər qarşı olmuşam. Ancaq səbr və hövsələ bir yerə qədərdir. Qarşındakı bunu anlamırsa, başqa yol yoxdur;

2) Əyər səmimisinizsə, zəhmət olmasa ən azından digərləri, yəni türk və ya özünü hesab edənlər də təhqir etdikdə, yalan və şou məqsədli xəbərlər tirajlayanda da etiraz edin. Yox, hər iki tərəfə etiraz edilmirsə, birtərəfli tənqidiniz çox süni görünür və heç də inandırıcı deyil;

3) Bakı hökümətinin nəzarətində olan ərazilərə xas ən əsas element budur ki, QHT, media, partiyalar, fiqurlar arasında qruplaşmalar var. İstər bəyənək, istər bəyənməyək, bu belədir. 12 ildir bu işlərlə məşğulam və bunu hər addım başı, hər ötən gün hiss edirəm. Hər birinin tabuları, hər birinin çərçivələri var. Və bu çərçivələrdə xalqlara yer yoxdur;

4) Sözügedən qruplaşmalara aid şəxslər ilə şəxsi söhbət vaxtı "hə, biz bilirik problemlər var" deməklə olmur. Bu heç nəyi dəyişmir. Məsələ, assimilyasiya deyil. Assimilyasiya tam təbii və normal prosesdir. Ancaq əyər assimilyasiya prosesi məqsədyönlü şəkildə, hansısa etnik qrupun xeyrinə olmaqla, dövlət dəstəyi və ictimaiyyətin nümayəndələri kimi özünü təqdim edən şəxslər və qrupların susqunluğu ilə gedirsə, bu artıq etnosiddir, etnik təmizləmə siyasətidir;

5) "Cəmiyyət buna hazır deyil", "cəmiyyət bunu qəbul etmir" deməklə olmur. Özünü dövlət hesab edən Azərbaycan Respublikası Stalin siyasətinin və repressiyalarının qurbanı olan tat, talış və kürdlərin məsələsini həll etməməklə, bu siyasəti nəinki davam etdirir, hətta bunu artıq pantürkizmin xeyrinə çevirir, nə az nə çox düz 30 ildir, 3 dəfə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq bu eyni minvalla davam etməkdədir. Əyər cəmiyyətə yol göstərəcək potensialda deyilsinizsə, həssas mövzularda cəmiyyətin rəyi və ədalət prinsipi arasında qaldıqda öz millətinizin həssaslığına üstünlük verəcəksinizsə, onda zəhmət olmasa ya "bizim dərdimiz demokratiya və insan haqlarıdır" şüarını, "bizim dərdimiz İlham və ətrafı hakimiyyətdə ola bilirsə, biz niyə olmayaq" yaxud "demokratiya və insan haqları ancaq bizim millətimizə aid edilməlidir" deyə dəyişin.

6) Və problem məktəb, radio, televiziya və s. deyil təkcə. Stalin dövründə yaradılan qondarma Azərbaycanlı kimliyindədir problem. O kimlik ki, tatların və kürdlərin 90%, talışların 60-70% hissəsinin kimliyini əlindən aldı. Bu gün türklər "bu adı bizə verməklə, kökümüzdən qopartdılar" deyə uydurma nağıllara susursunuz, ancaq unudursunuz ki, dövlət dili türk dilinin bazasında yaradıldığından, siz kimliyinizi qoruya bildiniz. 30 ildir də, "türkük, türkük" deyə deyə bu repressiya qurbanlarına aid xalqların da müəyyən hissəsini türkləşdirə bildiniz. Bu gedişlə gedərsə, vaxtilə Bursaya köçürülmüş gürcü və Balkan xalqları nümayəndələri kimi məsələnin sadəcə etnoqrafiya institutunun və dar çərçivələrdə müzakirə predmetinə doğru gedə bilər;

7) Ki, getməyəcək. Əmin ola bilərsiniz. İstənilən, ağlınıza gələ biləcək və gəlməyəcək bütün metodlar ilə və şəxsən mən öz adımdan bunu deyə bilərəm ki, mən dəstək verəcəyəm buna. Çünkü hazırda qaydasız döyüş gedir, oyun qaydaları və çərçivələr yoxdur;

8) Dialoqa gəldikdə isə, bunun demokratiyadan keçdiyini ehtimal belə etmirəm. Etnosidə məruz qoyulmuş bu üç xalq o vaxt demokratik yolla kimliklərini bərpa edə bilərdi ki, fərqli ad, familiya olardı, dillər qorunardı və ya motivasiya olardı və yaxud da bu insanlar kimliklərindən xəbərdar olardılar. Dialoq üçün ilkin şərtlər bu xalqların tarixinin və tarixi, mədəni şəxslərinin bioqrafiyasının saxtalaşdırılması və türklərə aid edilməsindən tut, bu xalqlara qarşı açıq və ya üstüörtülü nifrətin aşılanmasının durdurulması; bu xalqların etnik mənsubiyyətinin 1926-1953-cü illərə aid siyahıyaalmalarına əsasən bərpası; sözügedən kütlənin kompakt yaşadığı yerlərdə İCBARİ əsaslarda milli tarix, ədəbiyyat və dilin tədrisi; paytaxtın Bakıdan və Abşeron yarımadasından köçürülməsi; dövlət rəmzlərlərinin dəyişdirilməsi; Türkiyə ilə məsafəli münasibətlər ilə mümkündür. Önümüzdəki bir neçə il (uzağı) şərtlər budur. İcra olunmayacağı təqdirdə isə, ilkin şərtlər də, onların nəticələri də daha da ağır olacaq;

9) Hə, yox, bu qane etmirsə, yenə də hamı ağzına su alıb oturacaqsa, nəticələrinə də dözməlidir deməli. Deməli, istər bu vaxta qədər, istər bundan belə başına gələcəklərə, həm də təhqirlərə görə həm məsuliyyəti özü daşıyır, həm də buna layiqdir. Çünkü tənəid etdiyiniz Putinin Rusiyası, Xameneinin İranı, Netanyahunun İsraili və Si Tzin Pinin Çini belə daha humanist, daha ədalətli davranıb və davranır;

10) Ən əsası da bu diskussiyanın kiminlə gedəcəyidir. Pantürkizmi Bakıya yayan Müsavat və AXCP iləmi, qraz, yeraz, naxçıvanlı və qarabağlılara arxalanaraq Azərbaycan Respublikasını Türkiyəyə konfederativ əsaslarda birləşdirməyə çağırış edən Natiq Cəfərli, Yasəmən Qaraqoyunlu, Əvəz Zeynallı, Sərdar Əlibəyli (gördüyünüz kimi fərqli tipajlar və siyasi baxışlı şəxslərdir) iləmi, Stalin siyasətini Türkiyə xeyrinə davam etdirən İlham Əliyev iləmi, yoxsa Stalin və Sovet hakimiyyəti illərində baş verənləri hər fürsətdə tənqid edən, ancaq xalqların məsələsində ağzına su alan mühacirlər, Azadlıq radiosu, Meydan TV, müstəqil araşdırmaçılar və QHT nümayəndələri iləmi dialoq olacaq, onu da aydılaşdırın;

Bu qədər.

Nicad Imran .

casp1 org

Category: SİYASƏT . | Views: 85 | Added by: ruslantalish7 | Tags: Caspi1.org  xəbər agentliyi . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  July 2020  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Entries archive

Site friends

Copyright MyCorp © 2020