Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  July 2021  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Oğulun etirafı

Oğulun etirafı.

( Səhnəcik)

Oğul: - Ata, mən artıq dözə bilmirəm, gedirəm

Ata: - Oğul, sən Parisdən cəmi iki gündür gəlmisən, nə oldu yenə gedirsən. Kim xətrinə dəyib?

Oğul:- Ata, heç kim xətrimə dəymeyib, amma artıq mən belə yaşaya bilmərəm. Mən bu ölkənin vətəndaşıyam, mən də öz borcumu yerinə yetirməliyəm, gedirəm əsgərliyə, lap ön cəhbəyə gedəcəyəm.

Ata:- Oğul, bu fikirlər hardan başıva gəlib, səni kim yoldan çıxardıb? Həə, başa düşdum, bəlkə hərbi bilet, rütbə , filan istəyirsən.. Narahat olma atan ölməyib ki, hamısını düzəldəcəyəm. Lazım olsa sənə lap qazi kağızı, medal-zad da düzəldəcəyəm.

Oğul:- Ata, bəsdir, mən həqiqətən əsgərliyə getmək istəyirəm, axı mən kimdən artığam. Şəhərə çıxmağa utanıram, xəcalət çəkirəm. Hər tərəfdə mən yaşda şəhid olanların şəkilləri, mən isə 200 min dollarlıq maşında gəzirəm.

Ata:- Yox, yox, səni kim isə yoldan çıxardıb. Səni təcili Amerikaya göndərmək lazımdır. Başa düş, sən mənim yeganə oğlumsan, bütün varım, dövlətimin varisi sən olacaqsən. Axı sən ki yaxşı bilirsən mənim nəinki burada, hətta xarici ölkələrdə nə qədər evlərim, villalarım, şirkətlərim var.

Oğul:- Ata, mən bu gün oxuduğum orta məktəbimizə getmişdim, məktəbimizin şəhidlərin ikisi atalarının tək oğlanları olub. Mən bütun var-dövlətə, hər şeyə tüpürmək istəyirəm, çünki bizim hər şeyimiz var, amma vətənimiz yoxdur. Mən istəyirəm mənim vətənim olsun və mən o vətənə xidmət edim.

Ata: - Oğul, mən bilmirəm, bu fikirlər haradan başıva gəlib. Axı sənin anan bir aydı burada deyil, Sinqapurdadır... Başa düşə bilmirəm sən kimə oxşamısən?

Oğul:- Ata, nece yəni bilmirsən? Mən babamıza oxşamışam.

Yadından çıxıb, həmişə qururla deyərdin, babamız böyük müharibədə qəhrəmanlıq göstərib. Həttə sən həmişə babamızın adından istifadə edib qabağa gedirdin.. Nece ola bilər ki babam rus torpağları üşün şəhid olsun, amma mənim vətənimdə muharibə getsin, mən isə, babasının nəvəsi siçovul kimi başqa ölkələrdə gizlənim?

Ata:- Haqlısan, oğlum, haqlısan.. ölkədə quruluş dəyişildi, var- dövlət üstümüzə töküldü, biz qudurduq, dəyişildik.. Gəl sən bir az səbr elə, qoy anan Sinqapurdan qayıtsın, oturub müzakirə edərik.

(Zaldan)

Rejissor:- Dayanın, dayanın... Alınmır.. Sənin, ( Ata rolunu oynayan aktyora) bu axırıncı replikan çox süni alınır, təbii oynamaq lazımdır. Axı neçə dəfə deyərlər, bunu ürəkdən deməlisən, atan yadına düşdü, xəyalə daldın, kövrəldin ..sənin içindən insanlığ hisləri baş qaldırdı...və başladın danışmağa..

Ata:- Olmure, olmur, mən bu sözlərini neçə təbii deyim ki, belə məmur və bələ bir məmur oğlu həyatımızda yoxdur.. Bu rolu ancaq məmurlar oynaya bilər.

Rejissor:- Yaxşı, yaxşı, yarım saat istirahət edin, təzədən başlayarıq.

 

Şirəli Əlyar .

29 Jul 2021 в 02.05.16
48
Добавил ruslantalish7
Оценок нет
Теги: Şirəli Əlyar
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft