fd
CASP1.ORGFr, 25 Sep 2020, 21.22.41
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.43.24
Ölən dillər, yaxud da bir dilin ölümü barədə birinci yazı

Ölən dillər, yaxud da bir dilin ölümü barədə birinci yazı .

BMT’nin dillərlə bağlı hesabatına görə dünyada 6700 dil var. ABŞ’dakı “Milli Coğrafiya Cəmiyyəti “ nın hesabatlarına görə bu 6700 dildən yalnız 5 %-i qədəri rəsmi şəkildə işlənən dillər sırasındadır . Bu cəmiyyətin eyni hesabatına görə 2100-cü ilə kimi bu dillərin 4000-ə qədəri artıq yer üzündə olmayacaq . Bu 4000-in içinə bu statusu yazan bəndənizin də ana dili daxil olduğu üçün bu məni daha çox narahat edir. Bu səbəbdən də ana dilimizin qayğısına qalıb, bu dili gələcək nəsillərə çatdırılması üçün çalışmalıyıq. Yaşadığım ölkədə dövlət tərəfdən bu dilə qarşı münasibəti görüb deyirəm ki, bununla bağlı hətta səfərbər olmalıyıq. Mövcud şərait bunu tələb edir. İqtisadi fəallığın dilin yaşamasında əhəmiyyətini və Talış regionununda maliyyə payının bəzi regionlara nisbətən yaxşı (Rusiyada işləyən talışlar) olması bu dilin yaşaması üçün təsəlli ola bilərdi. Amma indiki gənc nəsil talışların ana dillərində danışmaq kimi kompleksi olmasaydı , məncə bu gənc nəsil talışların belə olmasında siyasi amil və siyasətçilərin rolu da böyükdür. Cəmiyyət siyasi təşkilatlarında lider kimi gördükləri siyasətçilərin Ideoloji təbliğat siyasətlərinin xitabda dominant etnosa daha çox hesablanması faktorudur. Lakin bu kökündən səhv addımdır. Bunun üçün ortada Avropa dövlətlərinin yararlanıb faydasını gördükləri metod var.

  Dil ölümü nədir? Bir dilin ölümünün əsas səbəbi o dilin mənsublarının ünsiyyət vasitəsi kimi öz dillərində yox, yaşadıqları ölkənin dominant etnosunun dilindən istifadə etməsidir. Məsələn: bir talış öz övladı ilə onun başqa dildə danışıb, onun tərbiyəsində başqa dildən istifadə edir. Bu cür tərbiyə isə , o uşaqda şüur altı olaraq cəmiyyətdə mənsub olduğu dilin yox, başqa dilin onun üçün əhəmiyyətli olması barədə fikir formalaşdırır . Təsəvvür edin, Vəlişah adında bir talış öz Anar adlı övladı ilə başqa dildə danışır. Anar isə talışca danışmır. Vəlişah qocalıb dünyasını dəyişir. Anarın Bakıda böyüyən övladları Emin və Rəna talışca heç anlamır da. Emin də dünyadan köçəndən sonra bu dil avtomatik olaraq ölür. Mənim dayım və bibim talışdırlar. Hər iksi Talış zonasında yerləşən Lənkəranda yaşayırlar. Onların övladları talışca başa düşür lakin danışa bilmir. Dayım və bibim övladları ailə qurduqları şəxslər də talışdırlar. Onlar da talışca başa düşür, lakin danışmaqda çətinlik çəkir. Bunların övladlar isə talışca danışmamaqda əlavə , hətta anlamır da. Nümunə çəkdiyim real proses faktı 220.000 talışın yaşadığı Lənkəranda minlərlə ailə daxilində baş verir. Bu da üç nəsillə aid baş verən dilin ölüm prosesi. Dili isə qorumaq və inkişaf etdirib yaşatmaq lazımdır. İqtisadiyyatın inkişafı və qaçılmaz olan qloballaşma barəsində danışdığım dillərin ölümünü daha da tezləşdirən təbii prosesə çevrilir. Qloballaşma prosesi ilə ayaqlaşmaqla bərabər dili də yaşatmaq üçün vasitələr müasir texnologiyanın verdiyi imkanlar daxilində çətinlik yaratmır. Bunun üçün internetin əlçatanlığı çox böyük şansdır. Bundan yararlanmaqla dilin ölmə prosesinin qarşısını almaq və daha da inkişaf etdirmək olar. Dillərin yaşamasında ən böyük töhfə bunun alimlər tərəfindən elmi səviyyəyə qaldırılmasıdır. Bu halda belə dilin yaşaması tam təmin olunmur. İkinci hal kimi isə risk qrupunda olan dillərdə ədəbiyyatın, mətbuatın, tv və radionun olmasının vacibliyi, üçüncü hal kimi isə audio və video dərsliklərin olmasıdır.

Ardı gələn yazımda .

Fuad Cəlilov .

Category: MƏDƏNİYYƏT . | Views: 124 | Added by: ruslantalish7 | Tags: Fuad Cəlilov . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020