fd
CASP1.ORGTh, 28 Jan 2021, 15.19.25
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [17]Mədəniyyət [17]
Siyasət [57]Sosial [11]
Toloşon Sədo [9]TMH . [9]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [10]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.55.15
QƏLƏBƏ MEDALIMIZIN ƏKS TƏRƏFİ

QƏLƏBƏ MEDALIMIZIN ƏKS TƏRƏFİ.

Dünən FB böyük müzakirələrə səbəb olan, şəhidimizə qarşı hörmətsizlik bir Azərbaycanlı kimi məni də narahat edir. Lənkəran rayonunun Osakucə kənd sakini Fərəcov Əflatun Mir Cahangir oğlu, könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, qəhrəmancasına vuruşub və şəhid olub. Başından aldığı güllə yarasından dünyasını dəyişib, amma sənədlərdə avtoqəzada dünyasını dəyişdiyi yazılıb. Lənkəran rayon icra hakimiyyəti və polis şöbəsi, onun şəhid kimi dəfn edilməsinə mane olublar. Yalnız kənd əhalisinin, ictimaiyyətin müdaxiləsindən və kəskin etirazından sonra məsələyə aydınlıq gətirilib, haqq ədalət öz yerini tutub. Qeyd edək ki, Əflatun hələ erkən yaşlarından hər iki valideynini itirib. Şəhidimizin hüquqlarının bərpasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Belə məsuliyyətsizliyə, şərəfsizliyə yol verən məmurlara öz qəti etirazımı bildirirəm. Belə ədalətsizlik təsadüf ola bilməz. Hüquq mühafizə orqanları, Prokurorluq və MN bu haqsızlığa münasibət bildirməli, qəti tədbirlər görməlidirlər.

Təəssüflər olsun ki, birinci Qarabağ müharibəsi qaziləri, iştirakçıları öz hüquqlarını hər zaman müdafiə edə bilmədiyi halda, bəzi üzdəniraq işbazlar, müharibədə iştirak etmədiyi halda cibində veteran vəsiqəsi gəzdirir, dövlətin ayırdığı hər cür imtiyazlardan, təqaüddən istifadə

edirlər. İkinci dünya müharibəsi, Əfqanıstan veteranı, Çernobıl iştirakçısı kimi saxta sənəd sahibləri ən ciddi şəkildə cəzalanırdılar. Mənim yadımdadır, Saratov hüquq İnstitutunun 4cü kurs tələbəsi, əlaçı olmağına baxmayaraq, saxta Əfqanıstan veteranı sənədi ilə ifşa olunmuşdu, Institutdan xaric edilərək, 4 il həbs cəzasına məhkum edildi.

Fikrimcə hər rayonda, hər kənddə, Qarabağ müharibəsinin iştirakçısı və qazilərin şəffaf siyahısı tərtib olunmalıdır. Bununla ictimaiyyət arasında, el tədbirlərində onlara diqqət və qayğı göstəriləcək, nüfuz və hörməti artacaq. Rüşvətxor işbazların saxtakarlığına son qoyulacaq. Heç kəs üçün sirr deyil ki, bu gün müharibədən yayınmaqdan ötrü cibində saxta xəstəlik arayışı gəzdirən, imkanlı papaların gül balaları " bir müddətdən sonra, cibində veteran vəsiqələri gəzdirəcəklər. Bu ədalətsizlik, vətənimizin bütövlüyü uğrunda canını, sağlamlığını qurban verməyə hazır olan əsgərlərimizə hörmətsizlikdir. 60 manat borca görə qazı kəsilən, 20 manat borca görə işığı kəsilən müharibə iştirakçıları, 44 gün müddətində bu pulları qazana bilməzdilərmi? Ödənişi olmadığı üçün, müharibə iştirakçılarının ailə üzvlərini institutdan xaric edən rektorlara deməyə

söz tapa bilmirəm .

Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir, lazımı qədər sərvət və potensiala malikdir. Azad edilmiş rayonları da tezliklə bərpa və inkişaf etdirmək iqtidarındadır.

Mən təklif edirəm ki, müharibə dövründə əldə edilmiş hərbi və mülki qənimətlərin qiyməti hesablansın, şəhid ailələri, qazi və əsgərlər arasında bölünsün. Işğaldan azad olunan ərazilərdə , kommersiya məqsədli binaların satışından, bu məqsədlə satılan torpaqların pulunun müəyyən hissəsi müharibə veteranları fonduna köçürülsün. Belə bir diqqət və qayğı, Azərbaycan tarixində ilk dəfə itirilmiş torpaqlarımızı geri qaytaran əsgərlərimizin rəşadətinə layiqli qiymət olardı. Biz müstəqil dövlətik, tatix boyu yetişdirdiyimiz qəhrəmanlarla qürur duyuruq. Gəlcəkdə vətənpərvər gənclər, dövlətimizə sadiq mərd övladlar yetişdirmək, bu gün şəhidlərimizə, qazilərimizə, müzəffər əsgərimizə verdiyimiz layiqli qiymətdən çox asılıdır. İnanmaq istərdik ki, Ali Baş Komandan bu məsələni öz nəzarətində saxlayacaq, lazımi qurumları səfərbər edəcək, əsgərlərimiz də bu amansız müharibə dövrünü, həyatının ən şərəfli və ləyaqətli dövrü kimi xatırlayacaq, fəxr edəcəklər.


Адоглан Исаев

23 11 2020ci il ADİ .

Category: Tarix | Views: 92 | Added by: ruslantalish7 | Tags: CASPİ1.ORG | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2021