Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  April 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Qarışma ,gəl...

Qarışma ,gəl...

Öz başını sal aşağı,çörəyini qazan,bala,

Tez soyuyur, peşman olur tez qaynayıb qızan,bala,

Elə bilmə görmür səni evdə,çöldə düşman,bala,

Dincliyini vermə əldən,gəzmə küçə,meydan,bala,

Yağsa yağış,qopsa tufan,bir kimsəylə atışma,gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma,gəl.

Müxalifət çoxlarını bədbəxt etdi saldı oda,

Neçə nəslə dağ çəkdilər,yüzü,mini getdi bada,

Ağu olur çörək,həyat,övlad gedib dustaq yata,

And iç, oğul,siyasətsiz bağlanarsan bu həyata.

"Haqqam" deyə zülmkarla dilləşmə, gəl,dartışma ,gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma gəl.

Dağlar,daşlar nəzarətdə,işlək başlar nəzarətdə,

Dil- ağızlar nəzarətdə,qalxan qaşlar nəzarətdə,

Yurdun içi nəzarətdə,bayır- dışlar nəzarətdə,

Yol- yolaqlar nəzarətdə, dik yoxuşlar nəzarətdə,

Hünərin var bu təzyiqlə razılaşma,barışma,gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma, gəl.

Padışahın dediyinə " afərin" de,get dalınca,

Tərif yağdır,dostlar qazan,öz başını qoy balınca,

Qoy qınına,atma əlin tənqid adlı bir qılınca,

Çılğınlığa əlvida de,yumşaq,həlim davran öncə.

Ayağının altın belə görməyəndə yarışma, gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma,gəl.

Nifrət elə firqələrə,dur güclünün tərəfində,

Dur güclünün tərəfində, həzmi- ram et bəhərin də,

Ad al, fəxri kürsülərdən danışsınlar tərifindən,

Yoxsa südmü sağılacaq satılmayan şərəfindən?!

Oğul,millət,vətən deyib kürsülərdə atışma,gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma ,gəl.

Nifrət,nifrət inqilaba, pozdu tarix nizamını,

Pul- paraya dəyişdilər insanlığın məramını,

Diriltmək heç olarmı bir qəlbin ölmüş inamını?

Sənə, mənə qalıb məgər yandırmaq bu yurd şamını?!

Çıxma yoldan,heç kim ilə etmə nifaq,qırışmal, gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma,gəl.

Varsa əgər ilhamın,yaz məhəbbətdən,sədaqətdən,

Gül- çiçəkdən,dağdan- daşdan,yerdən- göydən,təbiətdən,

Yaz Allahdan,Peyğəmbərdən,yararlan şanlı fürsətdən,

Yox qorxusu...təkcə,yavrum,gazma,yazma siyasətdən.

Yeddibaşlı əgdahayla çıxma rinqə,çarpışma,gəl,

Öz hücrəndə sakit yaşa,dələduza qarışma,gəl.

Ərlik,mərdlik yaxşı şeydir,əclaf qorxu olmasaydı,

Haqq bağırmaq bir cəsarət! Zopa,sorğu olmasaydı,

Bir hünərdir məhbəs yıxmaq! Sinədağı olmasaydı!

Hürr yaşamaq səadətdir! Qəflət,yuxu olmasaydı!

Oğul,məni öldürmə,gəl, cəncəl işə uğraşma, gəl!

Salma məni qəbrə diri, dələduza qarışma gəl!

Qarışma gəl!!!

2013.

Bir 1 nəfər, saqqal və eynək şəkili ola bilər

Camal Lələzoə

19 May 2022 в 16.06.01
29
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft