Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  November 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

QUŞ DİLİ VƏ TALIŞ DİLİ

QUŞ DİLİ VƏ TALIŞ DİLİ

Başlığı oxuyan bir çoxunda belə bir təsəvvür yarana bilər ki, müəllif bəlağətli ibarələr işlətməklə ana dili- Talış dilinin mövqeyini qaldırmaq məqsədi güdür. Səbr edin!

Oktyabr ayının 18- də Türkiyə TV kanallarının birində sənədli bir film nümayiş etdirildi. Film Türkiyədə Trabzon vilayətində bir dağ kəndinin insanlarının bütün dünyada təəccüblü bir ünsiyyət vasitəsindən bəhs edir. Qəribə də olsa kənd əhalisi normal danışıqdan istifadə etmirlər. Onlar fit çalmaqla, bülbül kimi ötməklə öz fikirlərini ifadə edirlər. Uzaq məsafədə belə onlar fitdən istifadə edərək ünsiyyət qururlar və biri- birilərini asanlıqla anlayırlar. Fit çalanın yad, ya doğma olmasını ayırd etmək onlar üçün çətinlik yaratmır. Hətta bu " quş dili" həmin kəndin məktəblərində də tədris olunur - ayrıca bir fənn kimi,ana dili kimi.

Bəs bizdə necədir? Minlərlə Talış əsilli məktəbli 20 ilə yaxındır ki,bu dildə nəşr olunacaq dərslikləri həsrətlə, səbirsizliklə gözləyir. Talış ziyalılarının sosial şəbəkələrdə, qəzet və jurnallarda Talış dili dərsliklərinin nəşri ,məktəblərdə həmin dilə ayrılmış bir saatın iki saata qaldırılması, Talış dilində radio və televiziyalarda verlişlərin yayımlanması üçün etdikləri çağırışlar nəticəsiz qalır. Mən hələ Talış dili üzrə ixtisas fənn müəllimlərinin olmamasından danışmıram. Doğrudanmı Türkiyə Mədəniyyət və Təhsil Nazirliklərinin bir kəndin əhalisi üçün yaratdığı şəraiti bizim Elm və Təsil və Mədəniyyət Nazirlikləri Azərbaycanın köklü xalqlarından biri olan Talış xalqı üçün yarada bilmir? Düşünməyə dəyər!

ELMAS HİDAYƏTİ

AJB üzvü, " Talisman" qəzetinin xüsusi müxbiri.

Bir 1 nəfər və açıq hava şəkili ola bilər

 

06 Dec 2022 в 20.40.56
19
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft