Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  September 2022  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Rafiq Cəlilov : Lerikdəki qəza ilə bağlı...

Rafiq Cəlilov : Lerikdəki qəza ilə bağlı...

Lerikdəki məlum qəza ilə bağlı bir balaca gözləmə göstərdim, gözləyirdim ki, bəlkə bu ağır qəzada günahkar olanlar məsuliyyətə cəlb edilsinlər, edilmədilər...

Əsas sual: Kimdir günahkar? Təbii ki, ən böyük günah həmin yola xidmət edən yol idarəsindədir, çünki yol idarəsi həmin yolun ətrafına tək-tük daş bardürlər yox, yol boyu daş bardürlər düzməliydi. Ümumiyyətlə Lənkəran-Lerik yolunda xeyli sayda qəza olub ki, bu qəzalar nə vaxtsa böyük faciənin baş verəcəyinə işarə idilər. Amma həmin əraziyə xidmət edən yol idarəsi bütün bu qəzaları qulaqardına vuraraq heç bir tədbir görməməklə böyük bir xətaya yol verib ki, nəticədə bu faciə baş verib.

Daha sonra günah 14 il ərzində Leriki çapıb-talayan eks icra başçısı Rövşən Bağırovdadır ki, 14 il ərzində həmin yolda "daşı daş üstə" qoymayaraq, sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün həmin yola xidmət edən yol idarəsinə vaxtında lazımi göstərişlər verməmiş, nəticədə bu faciənin daha bir iştirakçısına çevrilmişdir.

Əlbətdə ki, Lerikin yeni icra başçısı da bu cinayətə şərikdir, necə ola bilir ki, Lənkəran-Lerik yolunun kənarlarına zibil qutusu qoyduran yeni başçı ən azı təhlükəli döngələrdə, dolaylarda yolun kənarına əlavə daş bardürlər düzdürmək barədə yol idarəsinə müvafiq göstəriş verməli, həmin göstərişin icrasına nəzarət etməli idi...

Təbii ki, biz də lerikli olaraq bu cinayətdən kənarda qala bilmərik, ən azından biz müvafiq dövlət qurumlarından həmin yolda təhlükəsiz hərəkət üçün şərait yaradılmasını tələb etməli idik, etmədik...

Amma görünəni odur ki, bütün günahlar ancaq və ancaq sürücü üzərində cəmləşəcək və bütün günahlar onun üstünə yazılacaq, bu gün ən azından həmin yola xidmət edən idarənin rəhbərliyi məsuliyyətə cəlb edilməyəcəksə - bu faciələrin davamı gələcək...

P,S, İstənilən dövlətdə bu cür qəza olsa idi yol idarəsindən tutmuş nəqliyyat nazirliyinəcən məsuliyyətə cəlb ediləcəkdilər, ediləcəkdilər... bizdə edilmirlər....


Allah ölənlərə rəhmət eləsin və bu qəzada bizim də şərikliyimizi bizə bağışlasın...

29 Sep 2022 в 11.53.38
129
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft