fd
CASP1.ORGTh, 02 Jul 2020, 18.16.24
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [9]MƏDƏNİYYƏT . [8]
SİYASƏT . [31]SOSİAL . [4]
TOLOŞON SƏDO . [1]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [6]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


23.52.58
“Ramiz Mehdiyev çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun” – SENSASİON AÇIQLAMA

“Ramiz Mehdiyev çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun” – SENSASİON AÇIQLAMA

“İşdən çıxarılan, məmur təbəqəsinin başında dayanan şəxs bu gün bunu isindirə bilmir. Elə bir vəziyyət yaranıb ki, onlar hakimiyyətdən uzaqlaşmalarını qəbul edə bilmirlər və zaman-zaman etdikləri xəyanəti bu gün davam etdirirlər. Bununla da ölkədəki vəziyyəti gərginləşdirirlər”.

 

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri ölkədə baş verən hadisələrə və digər məqamlara münasibət bildirib: “Məsələn, onların hakimiyyət dairələrində müəyyən qolları bu gün də qalmaqdadır. Həmin insanların vasitəsilə, ölkədə milləti qıcıqlandırırlar. Baxırsan ki, təyin edilmiş deputatlar vasitəsilə xalqı qıcıqlandırırlar. Məsələn, biri millətə “it sürüsü” deyir, onu deyən adam Ramiz Mehdiyevin təyin etdiyi deputatdır. Polisin içində olan dəstə yatdığı yerdə milləti sürüyüb evindən çıxardır. Bundan başqa, vaxtilə radikal müxalifəti maliyyələşdirən və bu gün müxalifətə gizli dəstək verən insanlar bu gün bir yerdədirlər. Yəni, bunların hamısı göz qabağında olan insanlardır. Artıq bu məsələlərdə başlayıblar dövlət başçısına müxtəlif yollarla təzyiq göstərirlər. Ümumiyyətlə, ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Artıq bu qarışıqlığı da yaradıblar, bünövrəsini qoyublar. Bu gün də göründüyü kimi, Azərbaycanda təxribatlar baş verir, güc strukturlarında olan bəzi insanlar müəyyən yerlərə həmlə edirlər. Radikal qüvvələrə, Avropadan, Qərbdən maliyyələşən qüvvələrə vaxtilə belə deyək, əsgər analarını meydana çıxardan Ramiz Mehdiyev, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov kimi insanlar və yaxud hakimiyyətdən uzaqlaşdırılan nazirlər, uzağa getməyək, lap elə Əbülfəs Qarayev Yəni, bunların əllərində milyardlarla kapital var. O kapitalı artıq hakimiyyət, dövlət daxilində mübarizəyə yönəldiblər.

 

Götürək icra başçılarını. Bu gün rayonlarda nə qədər böyük problemlər var. Rayonlarda su yox, qaz yox, kənd təsərrüfatı üçün də susuzluqdan əziyyət çəkirlər, quraqlıq hökm sürür. Yəni, bunların edənlərin hamısı icra başçılarıdır. İcra başçılarının başında aparatda kim durur? Zeynal Nağdəliyev. Zeynal Nağdəliyev, kimi kadrıdır? Birbaşa Ramiz Mehdiyevin kadrıdır. Bu gün rayonlarda işlərin getməməsinin başında,  yaxud da rayon icra  hakimiyyətinin tutulmasının başında duranlar kimdir? Aparatda bu sahədə Zeynal Nağdəliyev çox ciddi müqavimət göstərir. Bu insanların hamısı bu gün birləşibdir. Vaxtilə də, elə bu gün də Ramiz Mehdiyevin kadrlarıdır. Bunlar parlamenti də bu günə saldılar. Parlamentin əksəriyyəti üzdə Prezidentə sadiqdir. Üzdə bir söz deyirlər, arxada başqa iş görürlər.

 

H.Hacıyev Azərbaycanda mətbuatın düşdüyü vəziyyətdən də danışıb: “Bu gün bütün sahələr iflic vəziyyətinə salınıb.  Eləcə də, mətbuatı iflic vəziyyətə salıblar. Götürüb tənqidi mətbuatı məhkəməyə verirlər. Cənab Prezident deyir ki, mətbuat mənim dostumdur, mənim köməkçilərim olmalıdır. Bəzi insanlar bunun əksinə gedirlər. Yəni, bu gün Prezidentin dediyinin hamısının əksinə getmək istəyirlər. Bunun da başında Ramiz Mehdiyev durur. Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu 100 min pul qaytarıbdır. İndi də cinayət işi açılıbdır. Yəni, bunu o vaxtdı görmürdü? Dövlətə xəyanət edən cənab ağsaqqal, özünü ağsaqqal edən, bunu görmürdü? Əlbəttə, görürdü. Sadəcə o, bu prosesi hazırlaya-hazırlaya gəlirdi. Kütləvi İnformasiya Vasitələrinə ayrıaln pullar yeyildi, jurnalistlərə ayrılan evlər başqa-başqa insanlara paylaşdırıldı.

 

Ramiz Mehdiyev də çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun. Vaxtilə İlham Əliyev haqqında nələr dediyini mən 2010-cu il 17 mart tarixində “Xural” qəzetində geniş müsahibəm olub. Həmin müsahibə bu gün arxivdədir, götürüb baxa bilərsiniz. Yəni, bunları 10 il bundan qabaq demişəm. Çox təəssüf ki, mən bunları o vaxt deyəndə, bəziləri az qalırdılar məni assınlar, kəssinlər.  Mənə böyük təzyiqlər göstərirdilər, var qüvvələri ilə məni məhv etmək istəyirdilər. Amma özümü qoruya bildim”.

 

Partiya sədri, Yasamalda baş verən son hadisələrə də toxunub: “Bu gün ermənilər bizim polislərin Yasamalda etdiklərini Ermənistan telekanallarında bizim gözümüzə soxurlar. Avropa Şurasında, ATƏT-də, Avropanın, Qərbin siyasi institutlarının hamısı bizi tənqid atəşinə tutub.  Bunu edənlərin artıq hamısı bəllidir. Bu məsələrin hamısı dediyim “qoca”nın kurasiyasında olan insanlardır.  Azərbaycan hakimiyyətinin daxilində dövlət başçısına xəyanət edən qüvvələr elə bil sıraya düzülüb. Ermənilər deyirlər ki, biz deyirsiniz azərbaycanlılarla bir yerdə yaşayın. Amma onlar öz vətəndaşlarını yatdığı yerdən sürüyüb çıxarırlar. Əlbəttə, polisin içində mərifətli insanlar da var. Xəstəlik dövründə öz çörəyini aparıb başqasının uşağına verənlər də var, dərman alıb aparanlar da var. Yəni, bunlar da var. Amma içərisində dediyim xəttə işləyən qüvvələr də var.  O cümlədən Zakir Qaralov çıxandan sonra dövlətin, millətin pulunu götürdü, gedib Gürcüstanda kazinolar açıb.  Gürcüstanda olan müəyyən qüvvələrlə birgə Azərbaycanda olan qüvvələrlə iş birliyindədir. Bunların hamısı faktdır, bunların hamısını biz son zamanlar demişik, bu gün də deyirik. Biz, çıxanın da dalınca danışmırıq. Azərbaycan hökumətinin içində yenə həmin qüvvələr var. Yenə təxribatla məşğul olan qüvvələr var. Bu gün Azərbaycanda nə qədər böyük qanun pozuntuları baş verir. Məhkəmələrdə ədalətsizlik baş alıb gedir. Bunların hamısı nədir? Xalqı narazı salmaq, xalqla dövlət arasında böyük bir qalmaqal yaratmaq. Burada cənab Prezidentin apardığı uğurlu işlərə, xalqı ilə bir yerdə olmasına, bir yerdə təmas qurmasına qarşı gedən qüvvələr var. Bu qüvvələr də başlayıblar ermənilərə ciddi “pas” verməyə ki, biz vəhşi dövlətik, biz idarəolunmaz insanlarıq. Onlar da bütün dünyaya car çəkirlər. Deyirlər ki, siz bizə azərbaycanlılarla əməkdaşlıq, bir yerdə yaşamaq təklif edirsiniz . Amma bunlar öz vətəndaşına qarşı görürsünüz nə əməl törədirlər? Bunlar hamısı Azərbaycan dövlətçiliyi üçün böyük zərbələrdir, böyük xəyanətdir. Xəyanət bəs nətər olur?. Bu ölkədə dövlət başçısına sadiq insanlar çox azdır. Çox sağ olsun, Əli Nağıyev. Çünki dövlət təhlükəsizlik baxımından rahatdır. Amma gəlin görək, başqa sahələrdə rahatlığımız varmı? Yoxdur. Məhkəmələrdə niyə bu qanunsuzluqlar olur?  Azərbaycanı harada qınayırlar ?  Azərbaycanı nədə top atəşinə tuturlar?  Azərbaycanda insan hüquqlarının pozulmasında, mətbuat azadlığının boğulmasında. Cənab Prezident açıq danışır, səmimi danışır. Amma bu gün gedib Xural TV-nin baş redaktoru Əvəz Zeynallını təhqir edirlər, təhdid edirlər. Zaur Qəriboğlunu təhdid edirlər, sizin saytı məhkəməyə verirlər. Bunların hamısını etməklə qaldı qaldırmaq, qıcıqlandırmaq istəyirlər”

 

 

 

 

 

“Zakir Qaralovun özündən başqa müavininin qızlarının adına milyonlarla nələrsə çıxıbdır. Niyə bunlar həbs edilməməlidir? Bunların hamısı çöldə qaldıqca, qorxurlar və tutulmamaqdan ötrü radikal qüvvələrlə birləşirlər. İstər xaricdə, istərsə də daxildə radikal qüvvələrlə birləşirlər ki, Azərbaycanda dövlət başçısına xəyanət etsinlər və sonra da yaddan çıxsınlar. Mən buradan bütün partiyalara çağırış edirəm: bunların qarşısını almaqdan ötrü biz dövlətçilik xidmət etməliyik. Biz xaricin Avropanın, Qərbin əlinin altında, o cümlədən Ramiz Mehdiyevin  müxalifətinə dəstək verməməliyik. Niyə Ramiz Mehdiyev mənimlə düşmən oldu?  Çünki onun dediyini mən yerinə yetirmədim. Çox istədilər ki, İlham Əliyevlə mənim aramda narazılıq olsun, mən dedim ki, cənab Prezidenti müdafiə etmişəm, ömrümün axırına qədər də müdafiə edəcəm. Bu gün əl-ələ verib dövlət başçısına kömək etməliyik. O da çox cəsarətli şəkildə başladığı islahatları aparıb axıra qədər davam etdirməlidir”- deyə H.Hacıyev bildirib.Demokrat.az

 

caspi1.org

Category: SİYASƏT . | Views: 13 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020