Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  May 2022  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 3
Guests: 3
Users: 0

Ruhunuz şad olsun şəhid əsgərlər

Ruhunuz şad olsun şəhid əsgərlər

Sərhəddə dan sökür, səhər açılır,

havada şeh qoyub bayrağımız da.

Nə qədər olsa da ağrı-acılı

bir sevinc görünür torpağımızda.

Özüylə əzəmət, vüqar aparıb,

vətənin yadında qalıb şəhidlər.

Hər qarış torpağı qanla suvarıb,

düşmənin əlindən alıb şəhidlər.

Külək Azərbaycan himnidir sanki,

səslənir, yağıya güllə açılır.

Düşmənə nifrət var, dostlara sevgi,

şəhid sinəsində güllər açılıb.

Göy, yaşıl, qırmizi oda qalanıb,

coşdurub döyüşən cəbhəni bayraq.

Qarabağ uğrunda şəhid olanın

məzarı torpaqdır, kəfəni bayraq.

Arzunuz açılar gül kimi hər yaz,

tarix yazıbsınız, igid əsgərlər.

Xalqımız heç zaman sizi unutmaz,

ruhunuz şad olsun, şəhid əsgərlər.

Şahin Həmidli,

04. 05. 2022.

Bir 1 nəfər, ayaqda, açıq hava və ağac şəkili ola bilər

 

19 May 2022 в 14.14.29
18
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft