Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  August 2022  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Səhf

Səhf.

( Hekayə)

Mən intihara haqq qazandırmamışam və qazandırmıram, çünki İslam dinimiz bunu haram buyurub.Tarixdə aclıq və haqsızlıq dövrü çox olub.Böyüklərdən eşitmişəm ki 2- ci Dünya müharibəsində , aclığ illərində insanlar hətta jımıx yeyiblər, amma intihara əl atmayıblar.

Mənim atamın əmisi oğlu rəhmətlik Dayan mamu ( əmi) uzun muddət sovxozda sürücü işləmişdi.Bir dəfə axşam vaxtı, qaranlıqda Qaz- 53 yuk maşını ilə ot gətirərkən yolda qəflətən qarşısına 3 təkərli motosiklet çıxmış və qəza törənmişdi. Motosklet sahibi cavan oğlan ağır xəsarət almışdı. Dayan mamu cavan oğlanın həyatını xilas etmək üşün xəstəxanaya aparsada, həkimlər onu ölumdən xilas edə bilməmişdilər. Dayan mamunun uşaqları çox və kasıb idi. Cavan oğlanın valideyinləri şikayət etməsələr də Məhkəmə ona 5 il iş vermişdi. Amma vəkil demişdi hakimə hörmət olunsaydı cəzasız keçinmək olardl.Cəza muddəti qurtarandan sonra Dayan mamu yenidən öz kasıb həyatını davam edirdib uşaqlarını min bir əzabla böyüdürdü. İllər keçdi, uşaqlar böyüdü, hərəsi bir yana getdi.İmran adlı bir oğlu Ukranyalı bir qızla ailə qurdu və onu kəndə özü ilə yaşamağa gətirdi. Biz Dayan mamu ilə çəpər qonşusu olmuşuq, hər işdə bir- birinizə yardımçı olardıq. Ukraynalı gəlin bir il qonşumuzda yaşadı və hətta talış dilini də az- maz öyrənmişdi .Necə oldusa evlərində narazılıəlar oldu və Ukraynalı gəlin qaynanası Sərnaz gəlinə tez- tez cavablar qaytarırdi. Bir gün eşitdik gəlin yığışıb ,kusub getdib. Gəlinin getməyi İmranın çox sarsıtmışdı, onun getməsində ananı , Sərnaz gəlini günahlardırırdı.Bir gecə Dayan mamu gildən bərkdən qışqırmaq və ağlaşmaşma səsləri gəldi.Mən ayaqyalın çəpərin üstüdən atılıb onlara qaçdım.İmran özünü tövlədə asıb intihar edirdi.Mən tez özümü Dayan mamuya çatdırıb onu kəndirdən xilas etdik .İmran bir yarım saat özunə gələ bilmədi. Elə ki gözlərinj açıb danışmağa başladı Dayan mamu İmranın boynun ardına bir şillə çəkib dedi:

- Ədə, köpəy oğlu,sən niyə bu qədər acizsən.Mən günahsız olaraq 5 il turmədə yatdım, itin əzabını çəkdim, 5 il hər gün məni alçatdllar amma mən heç vaxt intihar etməyi düşünmədim. Çünki mən hər gün sizi düşündüm.İndi sən bir Ukraynakı qızdan ötəri özünü intihar edirsən, heç ananı ,məni düşünmürsən?

Rəhmətlik Sərnaz gəlin tez Dayan mamunun sözünü kəsib ağlaya- ağlaya dedi:

- Sən də bəsdi kişi, uşağı danlama.Gunahkar mənəm, yaxşısı budur məni vur. Gəlinin xətrinə dəydim, onu qoruya bilmədim.Fikrim getdi bizim talış qızlarına ,ona evdə çox iş buyurdum,dedim həyəti şumla, inəklərə bax, bulağa get, qızlara savxoz işlərində kömək et. Şükür, şükür sənə İlahi balamı mənə təzədən qaytardın.Bundan sonra lal olaram, heç kəsə heç nə demərəm.

İmranın gözləri yaşala dolu idi, dodağları əsə- əsə Sərnaz gəlinə dedi:

- İnə, ağlama, sənə qurban olaram ağlama, sən günahkar deyilsən, günakar mənən.Dadaş,bağışla məni, mən böyük səhf etmişəm.Mən gərək öz millətimin, öz kəndimin qızı ilə dədə - baba qaydasıylə evlənəydim.

Mən daha orada qalmadım çıxıb gəldim evə.Bir ay keçməmiş eşitdik İmran kənddən qız seçib bə Dayan mamu ilə Sərnaz gəlini elçiliyə göndərib.

22.08.2020.

Bir 1 nəfər və mətn şəkili ola bilər

Şirəli Əlyar

29 Sep 2022 в 10.25.03
36
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft