Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  November 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

SƏİDƏLİ KAZIMBƏYOĞLU BORADİGAHİ

SƏİDƏLİ KAZIMBƏYOĞLU BORADİGAHİ

Görkəmli tarixçi, şair və şərqşunas alim Səidəli Kazımbəyoğlu Boradigahi 1800-cü il yanvarın 24-də Boradigahda anadan olmuşdur. İlk ibtidai təhsilini yerli mollaxanalarda almış, sonra isə Bakıya gedərək gimnaziyaya daxil olmuşdur. Təhsilini davam etdirmək üçün Təbrizə getmiş, sonra Tiflisə qayıdaraq imtahan verməklə müəllim diplomunu almışdır. Əvvəl Ərkivanda, sonra isə Lənkəranda müəllimlik etmişdir.

Səidəli ərəb, fars, türk və rus dillərini mükəmməl öyrənmişdir. İşlədiyi dövrdə təkcə ilahiyyatla kifayətlənməmiş,tarix, fəlsəfə, riyaziyyat, həndəsə elmlərinə də yiyələnmiş və poeziyaya böyük maraq göstərmişdir. Bununla belə o, 1864-cü ildən 1872-ci ilə qədər Lənkəranda ibtidai məktəblərdə şəriətdən dərs demişdir.

Səidəli Kazımbəyoğlunun əsas fəaliyyəti Lənkəranla bağlı olmuşdur. Ona görə də bir sıra müəlliflər onun Lənkəranlı olduğunu qeyd etmişlər ( Mirhaşım Talışlı, B. Hüseynbalaoğlu, Məşhəd universitetinin doktoru Ağamir Quliyev və b.) Yalnız Azərbaycanı öyrənmə cəmiyyətinin üzvü, tarixçi və yazıçı ,əslən Lənkərandan olan Fəyyaz Axundzadə fars dilində yazdığı "Lənkəranın tarixi" əsərində Səidəli Kazımbəyoğlunun boradigahlı olduğunu sübuta yetirmişdir.

Talış hakimi Mir Mustafa xan oğlu Mir Həsən xana Ərkivan mahalını bağışlamış və oranın idarə olunmasını böyük oğluna həvalə etmişdir. Rusdilli mənbələrdə də bu təsdiqlənir. Mir Həsən xanın malikanəsi də Ərkivanda yerləşirdi. Mir Kazım bəy, Mir Mustafa xanın nəvəsi, Mir Həsən xanın oğludur. Səidəli isə Mirkazım bəyin oğludur. Anası Ahu xanım boradigahlı qızı idi. Səidəli də Boradigahda doğulmuşdu və uşaqlıq illərini də Boradigahda keçirmişdi. Hamı onu boradigahlı kimi tanıyırdı.

1850-ci illərdə Səidəli Lənkəranda fəaliyyət göstərən " Fövcül-Füsəha" şairlər məclisinin üzvü olmuş və çoxlu qəzəl, qəsidə və mərsiyyə yazmışdır. Lakin onun şeir divanı bu günə qədər aşkar olunmamışdır.

Səidəli tanınmış bir din xadimi və həm də xeyriyyəçi bir insan kimi də şöhrət qazanmışdı. Məktəblərin tikintisinə böyük maraq göstərməklə bərabər, o, 1853-cü ildə Boradigah-

da qırmızı kərpicdən tikilən Boradigah məscidinin tikintisində, tələbələrin İranda və Tiflisdə təhsil alması işində də fəal iştirak etmişdir.

Səidəli yaşadığı torpağın tarixini dərindən öyrənir və şagirdlərinə təbliğ edirdi. Elə bu məqsədlə də 1864-cü ildə "Cavahirnameyi- Lənkəran" əsərini yazmağa başlayır və beş ildən sonra 1869-cu ildə bu tarixi əsərini tamamlayır. Bu monumental əsər ona geniş şöhrət qazandırır. Bu əsər sonradan "Səidiyyə" adı ilə çap olunmuşdur. Talışın coğrafi, iqtisadi, siyasi, mədəni və etnoqrafiyasına həsr olunmuş bu kitabı müəllif fars dilində, nəstəliq xətti ilə yazmışdır. Əsərdə Talış mahalları, təbii sərvətləri, iqlimi, adət-ənənələri , görkəmli şəxsiyyətləri haqqında geniş məlumat verilmişdir.

"Cavahirnameyi-,Lənkəran" əsəri iki nüsxədən ibarətdir. Birinci nüsxəni ilk dəfə tədqiqatçı Y. Mirzəzadə üzə çıxarmışdır. Bu əlyazma 93 səhifədən ibarətdir. 110 səhifədən ibarət ikinci nüsxə isə tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə tərəfindən aşkarlanmışdır. Əsər 6 mətləb və sonluqdan ibarətdir:

1. Lənkəran sözünün mənası,

2.Talış sözünün mənşəyi,

3.Talış vilayətinin sərhədləri,

4. Talışın iqlimi,

5. Talışın əhalisi və görkəmli adamları,

6. Talışın kənd təsərrüfatı və əhalisinin məşğuliyyıti.

Son səhifədə müəllif öz adını Səid ibni Kazımbəy, Lənkəran sakini, əslən isə boradigahlı olduğunu yazır. Bu əsərinə görə Səidəliyə Talış diyarının ilk tarixçisi də demək olar. Çünkü ona qədər tarixi, iqtisadi, coğrafi mövzuda belə sanballı əsər yazılmamışdı.

Səidəli Kazımbəyoğlu 1872-ci ildə Lənkəranda vəfat etmiş və orada dəfn olunmuşdur. Səidəlinin Mirzə Nəsrulla bəy və Baba bəy Kazımbəyov adlarında iki oğlu olmuşdur. Hər ikisi ticarətlə məşğul olmuşdur. Nəvəsi Məmmədsadiq beynəlxalq ticarətlə məşğul olmuş və çar Rusiyasının bir sıra orden və medalları ilə təltif olunmuşdur. O,1916-cı ildə vəfat etmişdir. Alimin digər nəvəsi İbad bəy Əmənulla oğlu Kazımbəyov ( 1891-,1927) siyasi işlərdə çalışmış və Demokratik Respublikanın Lənkəranda ən fəal qurucularindan biri olmuş və 1927-ci ildə Sibirə sürgün olunmuşdur. Alimin kötücəsi Rafiz Ağakərim oğlu Kazımbəyov hal-hazırda Lənkəranda yaşayır.

Tarixi mənbələrdə Talış xanlığının 6, 10, və 11 mahaldan ibarət olması haqqında müxtəlif faktlar mövcuddur. Mahalların adlarında da fərqlilik vardır. Xanlıq haqqında əsas mənbələr S.Kazımbəyovun " Cavahirnameyi-Lənkəran" və Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbərnamə" əsərləridir. "Cavahirnameyi- Lənkəran" əsəri 2005-ci ildə Səfər Şirinovun tərcüməsi ( red.Hacı Etibar Əhədov) ilə çap olunmuşdur. Burada göstərilən mahallar: Astara, Çayiçi Lənkəran, Dırığ, Dəştvənd, Əsalim, Qorqanrud, Muğan, Uluf, Ucarud, Vilgic və Zuvanddan ibarətdir. Boradigah Uluf mahalı ərazisindədir. Bu mahal Lənkəran şəhərinin qədim sərhədi olan Ləkər körpüsündən ( Girdəni kəndi) başlayaraq Bədəlan kəndinə qədər uzanmışdır. Cənubdan Çayiçi Lənkəran, şimaldan isə Dəştvənd mahalları ilə həmsərhədd olmuşdur. Mahalın eni isə Xəzər dənizindən Dırığ mahalına qədər olmuşdur. İndiki Girdəni, Havzava, Veravul, Cil, Separadi, Mahmudavar, Boradigah, Bədəlan və d. Uluf mahalının tərkibində olmuşdur. Bu bölgüləri tarixçi-tədqiqatçı Şükürzadə İldırım tərtib eləmişdir. Onun məlumatına əsasən əsərin üçüncü bir adı da var: "Talış gözəllikləri".(Mənbə: tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə, Mirhaşım Talışlı, Səfər Şirinov, Şükürzadə İldırım)

Yazının ərsəyə gəlməsində mənə etdikləri köməyə görə tədqiqatçı-tarixçi alim İldırım Şükürzadəyə, ruhani alim axund hacı Şahsuvar İsmayılzadəyə dərin minnətdarlığımı bildirirəm.

Məmməd Əvəzoğlu — Məmməd Əvəzoğlu Mvs ilə.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

 

06 Dec 2022 в 19.43.13
36
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft