fd
CASP1.ORGTh, 02 Jul 2020, 18.14.45
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [9]MƏDƏNİYYƏT . [8]
SİYASƏT . [31]SOSİAL . [4]
TOLOŞON SƏDO . [1]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [6]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


13.44.39
Saakaşvilidən Putinlə təkbətək görüşü haqda açıqlama: "Dırnaqlarını dizimə sancdı, hədələdi"

Saakaşvilidən Putinlə təkbətək görüşü haqda açıqlama: "Dırnaqlarını dizimə sancdı, hədələdi"

 

Mixail Saakaşvili

Mixail Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşünü xatırlayıb.

 

Gürcü siyasətçinin sözlərinə görə, görüş 2006-cı ildə Minskdə MDB ölkələrinin sammitindıə baş tutub.

Caspi1/org  Bizimyol.info istinad xəbər verir ki, Putin söhbət üçün Saakaşvilini ayrıca otağa aparıb. Gürcüstanın keçmiş prezidenti hətta otağın yarıqaranlıq olduğunu xatırlayır: “Dırnaqlarını dizimə sancdı. Üzbəüz söhbət etdik. Məni müharibə ilə hədələdi”.

Saakaşvili bütün bunları “Youtube” portalında jurnalist Dmitri Qordona müsahibəsində deyib. Məşhur siyasətçi bildirir ki, Putin zarafat etmirmiş. Saakaşvili müsahibəsində çox şeydən: müxtəlif liderlərlə münasibətlərdən, perspektivlərindən, gürcülərin onu niyə qiymətləndirməməsindən danışıb.

Fevralda ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker məhz Saakaşvilinin Putin haqda danışarkən istifadə etdiyi sərt ritorikanın 2008-ci il müharibəsinə səbəb olduğunu demişdi. Onun fikrincə, həmin çıxışlar Rusiya prezidentini özündən çıxarmışdı, aqressivləşdirmişdi.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuşdu. İkinci prezidentlik müddətinin əvvəllərində siyasətçi gürcü qoşunlarının Cənubi Osetiyaya daxil olmasına qərar vermişdi. Onda bu ərazi Gürcüstanın nəzarətindən kənarda qalmışdı. Amma proses Gürcüstan üçün yaxşı bitməmişdi. Rusiya ordusu Tbilisinin yaxınlığına qədər gəlib çıxmışdı. Sonradan ruslar Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdığını bəyan etmişdi.

 

caspi1.org 

Category: SİYASƏT . | Views: 27 | Added by: ruslantalish7 | Tags: Caspi1.org  xəbər agentliyi . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020