Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Şagirdlərin şəxsi inkişaf platforması hazırlanır

Şagirdlərin şəxsi inkişaf platforması hazırlanır. 

 

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması Təhsil Nazirliyinin dəstəyi ilə “Şagirdlərin şəxsi inkişaf platforması” adlı yeni layihə üzərində işləyir.
Bu barədə kanalımıza “T-Network”dan məlumat verilib. Bildirilib ki, platforma çərçivəsində XXI əsrin bacarıq və səriştələri ilə əlaqəli olan müxtəlif mövzularda Azərbaycan dilində videoməzmunlar hazırlanacaq və nümayiş etdiriləcək. Platformada əyani və onlayn görüşlərin, ustad dərslərinin də təşkil olunması planlaşdırılıb və artıq belə görüşlərin keçirilməsinə başlanılıb.
Şagirdlərin şəxsi inkişaf platformasının əsas məqsədi müvafiq istiqaməti dəstəkləməklə onlarda azərbaycançılıq ideyasını və milli kimlik düşüncəsini inkişaf etdirməkdir. Onları vətənpərvərlik, tarix, milli-mənəvi, multikultural dəyərlər, sağlamlıq, könüllülük, mənəvi inkişaf, təşəbbüskarlıq kimi mövzularda maarifləndirməkdir. Eyni zamanda, onlarda XXI əsrin bacarıqları və səriştələrinin inkişafını təmin etmək, nümunəvi azərbaycanlı olmalarını dəstəkləməkdir. Bu platforma Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması və sənədin XXI əsrin tələblərinə uyğun təhsil istiqamətlərini rəhbər tutur.

06 Dec 2021 в 23.26.21
44
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft