Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  March 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Siz bilərsiniz

Siz bilərsiniz.

 ( Hekayə)

Mənim bu Bakı kənd camaatın ləhcələrindən çox xoşum gəlir.Özü də hər kəndin öz  ləhcəsi, öz şivəsi var.Bir də ki ,bu Baki mollaların moizələrinə qulaq asmağın bir başqa  ləzzəri var.            Bizim Saray kənd məscidin axundu, Hacı Qabil çox elmli və helmli bir axunddur.O hər məclisə uyğun mouzələr edər. Misal üçün görər ki , məclisdə oturanlar kamersantlardır, o da ticarətə aid mouzələr edər.Yox görsə ki, məclisdəkilər seir- sənət adamlarıdırlar, başlayar şeir,qəzəl guppuldatmağa.Həttə bir dəfə, bir məclisdə gördum ki, bir klarnet ifaçı ilə muğamdan, təsnifdən söhbət edir. Mənimlə də az- çox salam- kalamı var.Bir ay əvvəl bir xeyli söhbət etmişdik, bilirdi ki, mən yazı- pozu ilə məşğulam.
  Bir həftənin söhbətidir, Novruz bayramına yaxın bir məclisdə idik.Hacı Qabil  Quranın "Yasin" surəsini əzbərdən oxuduğdan sonra məclisə göz gəzdirdi.
Gorduki məclisdə bir içə millətlərin numayəndələrindən var, özü də hamı Novruz bayramın gəlməyindən danışır.Bilmirəm nədənsə üzünu tutdu mənə başladi belə bir əhfalat danışmağa:
-Məşədi, hərə bir cür deyr,  farslar deyir Novruz bayramı bizimdir, Tatlar deyir, " xeyra bizimdu." Talışlar deyir ," siz nə danışırsız, bu bayram bizə Zərduşdən qalıb". Nə başıvızı ağredım,   66 - cı ildə, Axundovun dövrundə, Şıxəli Qurbanov bu Novruz bayramını çox böyuk təntənə ilə keçirtmək istəyir.Eşitdiyimə görə, O bayramdan qabaq Talışların, Tatların, Ləzgilərin,Avarların və başqa millətlərin ağsaqqallarını yığır otağına onlarla müşavirə keçirir, məsləhətləşir. Talışlar deyir, "Biz milyon yarım əhaliyik, bizim adətlər əsas olmalıdır, bu bizim bayramımızdırdır".Ləzgilər deyir, Biz bir milon 300 minik, Avarlar deyirlər, biz bir milyonuğ, Tatlar deyir biz dağlılar da bir milyonuğ, kurdlər deyir biz 800 minik, nə isə hər millət danışır.O vaxt özünə Turk deyən yox idi. Şıxəli Qurbanov bu ağsaqqallara qulağ asandan sonra deyir:
- Mən başa düşə bilmirəm, bizim respublikamızda cəmi 6 milyon əhali var, ondan milyon yarım Talışlar, bir o qədər də Ləzgilər, Avarlar, Tatlar, Kurdlər, bunlar da hərəsi bir milyon, hələ bunun ermənisi var, rusu var,  saxuru var daha nələri var..Bəs bu respyblikadə Turk yaşamır?
Hamı susur, axırda Talış xalqının ağsaqqalı durub deyir:
- Yoldaş Qurbanov ,siz hökumət adamısız, bu olkədə turk yaşayır ya yox, orasını siz yaxşı bılərsiniz.
 Bunulada muşavirə bitir.

 

Şirəli Əlyar.

11 Apr 2021 в 19.16.14
53
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft