Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  October 2022  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

SÖNMƏZİM

SÖNMƏZİM

Oğlum, oktyabrın 21- i sənin bir an içində qəflətən bizi tərk etdiyin, Haqqa qovuşduğun gündür. Adını SÖNMƏZ qoymuşdum. Beş ıldir aramızda yoxsan. Yaşasaydın.32 yaşın olardı. Adətimə uyğun olaraq nə sənin şəklini, nə məzar daşının şəklini bura qoymuram.Canım oğlum, sən həmişə ürəyimizdəsən. Ruhun şad olsun. Daş dəldi ahım oxu...

Sinəm Ağrıdağda dağlanıb, balam,

Ürəyim başından oxlanıb, balam,

Ruhumun qolları bağlanıb, balam,

Sənin qədərindən imiş, Şönməzim!

İçimdə dolaşır açı küləklər,

Könlümün əlində solar çiçəklər,

Məni tərk eyləyən, uçan mələklər,

Sənin şəhərindən imiş, Sönməzim!

Mənim can evimdə yanar hey atəş,

Ümid zəmiləri quruyan küləş,

Duyğu çöllərimi güldürən günəş,

Sənin səhərindən imiş, Sönməzim!

O gün xəyalımda son zəngin kimi...

Getdi öz evinə hər dayı, əmi,

Ömür limanıma yan alan gəmi,

Sənin kədərindən imiş, Sönməzim!

Allahım, gözlədim səndən bir cavab,

Barı bircə dəfə soraydın hesab,

Fələyin adıma yazdığı kitab,

Sənin xəbərindən imiş Sönməzim!

Xanlaram, ürəyim mənə üzəngi,

Sözümün boynunda lalə çələngi,

Xəzan torpağında üzünün rəngi,

Mənim ciyərindən imiş, Sönməzim!

XANLAR HƏMİD

Bir 1 nəfər və kostyum şəkili ola bilər

 

06 Dec 2022 в 19.25.49
58
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft