Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  May 2021  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Sovetlər dönəmindəki yaşayışımız və indi yaşayışımız.

Sovetlər dönəmindəki yaşayışımız və indi yaşayışımız.

ZAMİN HÜSEYNOV.


Öncəki yazımda bu mövzuda muqaisələrlə bəhs etmişdim. 
Bu mövzuda çox geniş danışmaq olar. 
Umumi götürsək Azərbaycanın hər rayonunda oxşar vəziyyətdi.
Mən Azərbaycanın Talış bölgəsindən olduğum üçün, o bölgə haqqında SSRİ zamanı və müstəqillik dövründən bu günədək olan, əhalinin yaşaması və inkişafımıza nəzər yetirmək istərdim.
Sovet höküməti dövrü Talış bölgəsində qurulan zavodların, kambinatların, şəhərlərdə və kəndlərdə tikdiyi böyük binalardan ibarət məktəblərin, uşaq baxçalarının, klubların(mədəniyyət mərkəzlərinin) Tibb məntəqələrinin, kassaların (bank) və başqa idarələrin sayı hesabı yoxidi. Əhali üçün iş yerləri əl çatan idi, hamı işləyirdi əmək haqqı alırdı və dolanırdı.
Bu günümüzə qədər hələ bir çox kəndlərdə o binalar qəzalı vəziyyətdə olsa belə, məktəb, baxça, klublar dağılıq və normal formada olsa belə hələ fəaliyyət göstərir. 
Çox heyif ki, əsas qalmalı və dövlət tərəfindən çalışdırılaraq fəaliyyət göstərilməli olan zavodlar, kombinatlar, sexlər və əhalinin kütləvi işlədiyi başqa idarə obyektləri, əkin sahələri dağıdılıb satıldığı üçün o iş yerlərinidə daha görə bilmirik.
Axı onlar bizim dövlətimiz üçün qalan sərvətlər idi. Hər nə tikilmişdi, qurulmuşdusa hər biri hazır formada bizə qaldı. Biz onları dahada inkişaf etdirməli, ölkəni gözəlləşdirib böyütməli deildikmi?!
Nə oldu niyə edə bilmədik, kim mane olduki buna?!
Lənkəranda çoxunuzun xatırladığı zavodlar, kombinatlar və s. iş yerləri vardı.
- Balıqçılq: kilkə zavodları.
- Böyük tərəvəz kombinatları.
- Toxuculuq və Tikiş fabrikləri.
- Çay fabrikləri.
- Sment zavodu.
- Kərpiç zavodu.
- Ət kombinatı.
- Heyvandarlıq (mal, camış, qoyun, toyuq) fermaları.
- İnqivatorlar.
- Çəltik sahələri.
- Taxıl saxələri.
- Tərəvəz əkinçiliyi, kələm, pomidor, xiyar, sahələri və s.
Meyvəçilik
- Üzümçülük sahələri
- Çay sahələri.
- Limon, Mandarin, Feyxoa sitron meyvəçilik sahələri.
- Nar bağları.
Və bu siyahıya bir çox iş yerləri əlavə etmək olar.
Bunlar bizim üçün hazır qaldığı, olduğu yerdə inkişaf etdirmək niyə bu qədər çətin oldu ki?!
Dövlət və şəhər, kəndlər oqədər inkişaf edirdi ki, həmin dövürdə bütün şəhər, kəndlərin küçələrində işıqlar gecəni səhərədək yanırdı.
Evlərdə qaz peçlərinin, həyətlərdə böyük su kalonkalarında qazın guppultu ilə yanmasının səsi hələ qulaqlarımızdadır.
İndi necədi bəs. çarəsiz millət limiti keçməmək üçün butun işıqlar söndürür, qazları söndürürlər 2-3yorğan üstə örtürlər ki, ayın axırına borclar çox olmasın deyə. Gecə işıq yanmadığından elə bilirsən ki, o kəndlərdə yaşayış yoxdur.
Budurmu müstəqqil dövlət olmaq inkişaf etmək? Xeyir bu deil. Bu inkişaf və yaşamaq deil axı. Buz o, cür əlimizdə qalan və olan imkanlara görə çox gözəl yaşayışa ölkə olmağa laiqik.
30-40 il bundan qabağa nəzər salaq rayonlar, kəndlər daha gözəl idi o dövür üçün çox inkişaf etmiş idi. əhali daha yaxşı yaşayırdı.
Talış bölgəsi xüsusi gözəlliklərlə hər işi ilə təbiəti, iqlimi ilə işlər görülərək inkişaf edirdi.
Lerikdə maldarlıq, əkinçilik, tütün istehsalı yaxşı inkişaf edirdi.
Lənkəran Balıqçılıq, üzümçülük, çayçılıq, tərəvəzçiliklə və s.
Masallı Astaranın özünə görə işləri, inkişafı vardı hamısı bir gözəlliy idi.
İndi bunlar niyə olmur, niyə ancaq bu işlər hansısa məmurlar özləri üçün sahələri alıb, mini zavodlar tikib öz 10-15 yaxınını işlə təmin edir. Hər nə öz şəxsi maraqları üçün qurulur, dövləti, xalqı heçkim düşünmür?
Sovet dövründə xatırladığımız oqədər kütləvi iş yerləri vardı saya bilirik. İndi ki, dövrümüzdə hansısa iş yerlərini saya bilərikmi? 
Bölgəmizin hər tərəfli inkişafı üçün əl verişli olduğunu bilirik. Və bunlarla bərabər turist qəbulu üçündə çox gözəl yerlər o ərazidədir.
Dünyada bir yerdə tapa bilmədiyin çox neməti Talış bölgəsində tapmaq olur. Bir tərəfi dəniz, bir tərəf Talış dağları və meşələri. Yarımadası. İsti suyu. Xanbulan çayı. Lerik və Yardımlı şəlalələri. Yüksək dağları və sıx meşələri. Qızılağac qoruğu. Hirkan milli parkı. Bir çox çaylarla gözəllik yaradır Talış bölgəmiz.
Bunlar bizim vətənə Allahın verdiyi nemətlərdir.
Düzgün istifadə etməklə dünyanın ən öndə gedən dövləti olardıq. Çox heyif ki, bucür imkanlar olduğu halda, bunları dövlətimiz etmir və o gözəllikləri kimlərinsə şəxsi mülkləri kimi istifadə etməyə imkan yaradıb. 
Ölkəmiz o gözəllikləri numaiş etirərək yüksək səviyyədə inkişaf edə bilər. Necəki Dünya ölkələri özünün olduğu və olmadan düzəltdiyi hansısa gözəlliyi ilə ölkəyə turist gəlişinə yol açır.
Fransa bircə eyfel qülləsi qurmaqla Parisi dünyanın ən çox türistik ölkəsinə çevirdi. Qədim abidələrini qoruyub saxlıyaraq müzey kimi dünya səviyyəsinə çıxaran ölkələr var. Təbiətinə görə, meşə və dənizinə görə turist qəbul edən ölkələr çoxdu. Bizdə niyə inkişaf olmasın, axı bizdə bunların hamısı var Allah bu gözəllikləri verib bizdə mövcuddur. 
Avropanın talış bölgəsi böyda olan dövlətləri var. Bir nəzər yetirək onlar necə yaşayır və nə ilə dövlətini o səviyyəyə qaldırıb. Bir çox inkişaf etmiş ölkələr öz təsərrüfatı, maldarlıq və məhsulları ilə. Özünü idarə etmə sistemi ilə inkişaf edirlər.
Bizim Azərbaycanda, götürək bütün ölkələrdə olandan daha artığı var. 
Azərbaycan özünü idarə sisteminə keçsə, hər bölgəyə imkan yaratsa hərə öz bölgəsini inkişaf etdirsin, o zaman Azərbaycan gözəlləşib inkişaf edərdi. Talış bölgəsinin inkişaf etməsi üçün hər bir sərvəti və yolları var. Sadəcə O bölgəyə aid olmuyan idarəçilərin o bölgəyə yad oduqları üçün oranı inkişaf etdirmək istəklərindən başqa..
Maldarlıq var, əkinçilik hər bir şərait var. Dağları meşələri, dənizi, qızılı, Neftidə var daha nə olmalıdır ki, biz gözəl yaşıyaq inkişaf edək ay idarəçilər. Axı hərnə varımızdır. 
Göründüyü budur ki, təkcə bölgəmizi düzgün inkişaf etdirmək istəyi olanlardan başqa hərnə varımızdır!.
   Cənab məmurlar, idarəçilər.
Əhali sürünməklə yaşamaq yox, işləyib öz əziyyəti ilə dolanaraq yaşamaq istəyir. Xahiş edirik bunu yaxşıca düşünüb xalq üçün şərait yaradın iş yerləri qurun!

Zamin Hüseynov.

15 Jun 2021 в 02.28.24
99
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft