Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  November 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

ŞÜKÜR SƏNƏ, İLAHİ!

ŞÜKÜR SƏNƏ, İLAHİ!

 

Şükür sənə, İlahi!

Hələ bizi atmamısan,

Hələ nəfəsimiz gəlir.

Hələ bizi ölmüşlərə qatmamısan,

Hələ sağıq.

Bol- bol hava uduruqsa,

Çox sükür.

Hər gün gecə yatırıqsa,

Çox sükür.

Hər gün səhər dururuqsa,

Çox şükür.

Günlərin də rəngi boz,

Ayların da, illərin də

Rəngi boz.

Ürəklərin bağçasına xar düşüb,

Güllərin də rəngi boz.

Eynəyimi ha dəyişim,

Həyat özü bozdu boz.

Kimsə kimsəni bəyənməz,

Şair sözü bozdu boz.

Boz gülərik,

Gülüşlərin rəngi boz.

Sevgilərin, öpüşləri rəngi boz.

Kitablarda mürgüləyən

Qanunların, yasaların* rəngi boz.

İmzaların rəngi boz.

Şükür sənə, İlahi!

Hələ sənə inanırıq,

Hələ varıq.

Biz inanan insanlarıq.

Bu inamın rəngi boz.

Bu zamanın rəngi boz.

O, ağı da, qaranı da qırıb keçər.

Boz ümidlər beynimizi

Yorub keçər.

Göylərdə boz günəş doğur,

Yerlərə boz yağış yağır.

Şükür sənə ilahi!

Yaxşı ki qara deyildir,

Nə görürük, boz görürük.

Gözümüzdə toz, görürük.

Dənizə can bağışlayan

Çayların ahəngi boz.

Dağlar məni bağışlasın,

Bu ölkənin rəngi boz.

Şükür sənə ,İlahi!

yasa- qanun

XANLAR HƏMİD. 11. 11. 2022.

Bir 1 nəfər və kostyum şəkili ola bilər

 

06 Dec 2022 в 21.16.01
36
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft