Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

“Şuşanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır. Bu proses 1-2 il vaxt apara bilər”

“Şuşanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır. Bu proses 1-2 il vaxt apara bilər”.

Müxbirimiz xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov bildirib.

“UNESCO-nun bir neçə irs siyahısı var: Ümumdünya İrsi siyahısı var, Yaradıcı şəhərlər şəbəkəsi var. Məsələn, Lənkəran “qastronomiya” şəhəri kimi yaradıcı şəhərlər şəbəkəsinə daxildir. Şuşa şəhərinin həm Ümumdünya İrsi siyahısına, həm də Yaradıcı şəhərlər şəbəkəsinə salınması üzərində işləyirik”, - o qeyd edib.

Abbəkirov Şuşanın Ümumdünya İrsi siyahısına salınmasının bir az uzun proses olduğunu, xüsusi sənədlərin hazırlanması və nəzərdən keçirilməsinin kifayət qədər vaxt apardığını qeyd edib. Onun sözlərinə görə, bu prosess 1-2 il vaxt apara bilər.

"Şuşanın Yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsinə gəlincə, əsas meyarlardan biri namizəd şəhərdə yaradıcı fəaliyyətin olmasıdır. Şuşa şəhərində keçən ildən başlayaraq bir sira tədbir və festivallar keçirilir. Xarıbülbül festivalını, Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalını qeyd etmək olar. Bu tədbirlərin musiqi ilə bağlı olması bizə əsas verir ki, gələcəkdə Şuşanı bir yaradıcı şəhər olduğunu təsdiq edən namizədlik sənədi hazırlayaq, şəhərin Yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi üçün bu sənədi UNESCO-ya təqdim edək" - o deyib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri azad olunmuş ərazilərdə Azıx mağarası və Xudafərin korpüsü kimi digər mədəni irs obyektlərinin də olduğunu qeyd edib.

“Onların da bu siyahılarda yer alması üçün işlər görülür, araşdırmalar aparılır, UNESCO-ya gondəriləcək fayllar tərtib edilir”, - Abbəkirov bildirib.

caspi1.org

07 Dec 2021 в 00.08.16
45
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft