TƏBRİKLƏR ÇAYRUD,TƏBRİKLƏR KOMANDA
TƏBRİKLƏR ÇAYRUD,TƏBRİKLƏR KOMANDA
Əziz Çayrudlular və Çayrudsevənlər komandamız bu gün qrupun son oyununda ilk dövrədə 4-1 hesabı ilə qalib gəldiyi Metropaliten komandası ilə oyuna çıxdı.
Rəqibdən üstün oyun sərgiləyən komandamız 4-2 hesabı ilə qalib gələrək qrup 3cüsü olaraq adını növbəti mərhələyə yazdırdı.
Çox sevindirici bir haldı.Bütün Çayrudluları təbrik edirəm.
Kəndimizin adını layiqincə təmsil edə biliriksə nə xoş bizə.
Əzyəti keçən hərkəsdən Allah razı olsun.Adlarını bir bir demiyəcəm burda özləri çox gözəl bilirlər.Varolsun Çayrud un mərd oğulları.
Komandamızada gələcəy oyunlarda uğurlar arzulayıram.Belə davam edərik inşəAllah,hərşey əla idi.
Komandanın bütün oyunçuları ayrı ayrılıqda can qoydu oyuna və nəticə göz qabağındadı.
Bura kimi yaxşı gəlmişiy,bundan sonrasıdı əsas məsələ.Bildiyiniz kimi qrup oyunları yekunlaşdı.
Qarşıda 4/1 final mərhələsinin oyunu var.
Rəqib digər qrupun 2cisi Bakı komandası olacaq.Yalnız bir oyun olacaq.Cavab oyunu keçirilmiyəcək.
Yəni dahada məsulliyətli oyun gözləyir bizi qarşıda.
İnşəAllah qalib gəlib növbəti mərhələyə keçərik.Kəndimizin adını zirvələrə daşımaq üçün əlimizdən gələni edəcəyik.
UĞURLAR ÇAYRUD.
Qeyd;Oyunun keçirilmə vaxtı növbəti paylaşımlarda olacaq.
Komandamıza bu oyunda dəstək olmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlıya bilərsiz.
Dəstəyiniz bizim üçün çox önəmlidi...