Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Təhmirə(Tomiris) – Massaget çariçası.Kitab çapdan çıxdı .

                                   Təhmirə(Tomiris) – Massaget çariçası.Kitab çapdan çıxdı .

Bu kitab, adından da göründüyü kimi qadın hökmdar  Təhmirə (Tomiris) adlı bir xalq qəhrəmanının şanlı bir döyüş yolunun mənbələrdən toplanmış namələr toplusudur. Antik yunan mənbələri Təhmirəni – yunan tələffüzü olan Tahmiris və ya Tomiris kimi qeyd etmişlər.

Aqşin Mistanlı

Antik mənbələrə əsasən Təhmirə (Tomiris) hökmdar qadın e.ə.VI əsrdə cənubi Qafqazada mövcud olan massagetlərin ölkəsi kimi də tanınan qədim Taliya ərazisində hökmdarlıq etmiş və Vavr qalası onun iqamətgahı olmuşdur. Sözü gedən qədim Taliya ölkəsi Talışların əcdadları olan Taliyalıların, yəni Talışları ölkəsi olmuşdur. Çünki Taliyalı sözü latınca Talies və yunanca isə talieş kimi oxunur ki bu da Talış sözünün ilkin formasıdır.  Məsələ burasındadır ki, Təhmirə (Tomiris)  Ari tayfalarından olan irandilli Massaget tayfasının çartiçası olmuşdur  və onu bir çox xalqlar öz adına yazıb çıxarsa da bu günə qədər  heç bir nəticə əldə edə bilməmişlər.

    Təhmirə (Tomiris) adı iranmənşəli Ari adı olub mənası da qədim iran dillərində “cəsur” deməkdir. Bu adı türk dillərində də mənalandıran alimlər var və onlar Tomirisi qədim tük sözü olan “Temir” sözü ilə eyniləşdirər ki mənası da “Dəmir deməkdir. Lakin Təhmirənin(Tomirisin) tükmənşəli hesab olunduğu  bu fərziyyə günümüzə qədər sübuta yetirilməmiş və heç bir tarixi mənbəyə dayanmır. Təhmirə(Tomiris) haqda ilk dəfə qədim Yunan tarixçisi Herodot özünün “tarix” əsərinin “Kilo” bölməsində məlumat verərək onun Araks çayı yaxınlığındakı bir ərazidə çarlıq etdiyini yazır. Herodotdan sonra isə Təhmirə (Tomiris) haqda Rus yazıçısı Nikolay Sokolov (üç kitabda) özünün “Persı, Saki, Skifı) əsərində və Qazax yazıçısı Bulat Jandarbekov  özünün 1993-cü ildə qələmə aldığı “Saklar” adlı tarixi romanı qələmə almışdır. Bulat Jandarbekov öz əsərində Təhmirəni (Tomirisi) işıqlandırmış və onu yanlış olaraq Qazax şahzadəsi adlandırmışdır, lakin antic Yunan mənbələrinə dayanaraq Təhmirənin (Tomirisin) Orta Asiyada yox, məhz Qafqazda yaşadığı sübuta yetirilmişdir. Qədimdə Araz çayının məhz ayrıca çay kimi indki Masallı ərazisi ilə Xəzərə töküldüyü göstərilir. Bunu əsas tutub bu hadisələrin uzaq Orta Asiyada deyil, lap qulağımızın dibində, doğma Talış torpağında baş verdiyinin şahidi oluruq.Çünki İran şahı Kir ilə Təhmirə(Tomiris) arasında baş vermiş birinci döyüş  tarixçi Ktesi və Ksenefonda görə Valaca çayı yaxınlığındakı Arqavan düzündə  olduğu göstərilir. Buna dayanaraq söyləmək olar ki yunan mənbələrində adı çəkilən Valaca çayı indiki Viləş, Arqavan isə indiki Ərkivandır.Bundan əlavə Təhmirənin və umumən massagetlərin məhz Talış ərazisində yaşamasına aid çoxlu tarixi dəlil və sübutlar var. Belə ki, qədim yunan mənbələrində massagetlərdə Şinaband, Hücü, Arçon və Vavr adlı məntəqələrin adları çəkilir. Bunu nəzərə alsaq deyə bilərik ki, sözü gedən Şinaband – Lerik rayonundakı Şinəband kəndi, Hücü – Lerik rayonundakı Hücü kəndi, Arqavan – Ərkivan, Arçon – Ərçivan, vavr isə Babr və ya Bəbr qalasıdır.Bundan əlavə Lerik ərazisində “Kir” və ya “Kiri kıştə” adlı yerlər də mövcuddur.

          Kitab üç hissədən ibarətdir və onun birinci hissəsi Təhmirədən (Tomirisdən) əvvəl hökmdarlıq etmiş atası Fərqab(Sparqapis) haqa, ikinci hissədə Təhmirənin (Tomirisin) uşaqlığı və onun Tihraxuda şahzadəsi Rüstəmlə evlilik həyatı,üçüncü hissədə isə Təhmirənin (Tomirisin) hökmdar olması və massagetlərə hücum edən Əhəməni hökümdarı böyük kirlə muharibəsi öz əksini tapmışdır. Bu kitabda Təhmirəni (Tomirisi) igid bir şərq qadını obrazında oxuculara təqdim olunmuşdur. Kitabın müəllifi Aqşin Əliyev Təhmirənin (Tomirisin) azadlıq mubarizəsini antik yunan  mənbələrindən toplayarq üzə çıxarmış və bir kitab halına salmışdır. Bu yolda ona uğurlar arzulayırıq.

caspi1.org

23 Sep 2021 в 15.25.55
109
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft