Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Tərtər sakini şəxsi kitabxanasına 12 mindən artıq kitab toplayıb. Onların içərisində yaşı 300-dən çox olan kitab da yer alır

Tərtər sakini şəxsi kitabxanasına 12 mindən artıq kitab toplayıb. Onların içərisində yaşı 300-dən çox olan kitab da yer alır.

Kanalımızın yerli bürosunun məlumatına görə, rayon sakini Rauf Həsənzadə şəxsi kitabxanasında yer alan kitabların çoxunu 1980-ci illərdə elektromexanika zavodunun direktoru işləyən zaman keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ezam olunarkən topladığını bildirib.

Həmin kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar daha çox üstünlük təşkil edir.

Kitabxanada yüzlərlə kitabın yaşı 70-dən, 18 kitabın yaşı 200-dən artıqdır. Ən çox yaşı olan kitab isə 1717-ci ildə Birinci Pyotrun sərəncamı ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabıdır. Həmin kitab cəmi yüz nüsxədə çap edilib və zadəgan ailələrin məişət davranışlarını təbliğ edir.


Kitabxanasında nadir kitablarla yanaşı qədim-tarixi sənədlər, həmçinin qəzet və jurnallar da yer alır. Həmin sənədlər bilavastə ermənilərin ölkəmizə qarşı ərazi iddialarını ifşa edir.

22 Jan 2022 в 07.58.03
35
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft