fd
CASP1.ORGSu, 27 Sep 2020, 04.51.58
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.44.07
Talış bölgəsinin fitooykonimləri

Talış bölgəsinin fitooykonimləri

 

Toponim yunanca topos-“yer” və onoma-“ad” sözlərindən yaranaraq Azərbaycan dilinə tərcümədə “yer adı” mənasını verir.

 Toponimlərin yaranmasında 
antroponim (şəxs adları), 
patronim (nəsil, tirə adı),
 zoonim (heyvan adı), 
fitonim (bitki adı) 
və etnonimlər (tayfa, xalq adı) 
mühüm rol oynayır. 

Hər bir ölkənin və ya bölgənin toponimiyasında qeyd etdiyimiz
kimi fitonimlərə də rast gəlinir. 

Yunan dilində fito-“bitki”, “ağac”, 
“kol”, nim-“ad” deməkdir. 

Bitki adları əsasında yaranan yer adları isə 
fitotoponimlər adlanır. 

 Talış  bölgəsinin toponimlərində 
fitonimlər geniş yayılmışdır.

 Bu da heç də təsadüfi deyildir. 

Çünki, respublikamızda mövcud olan 4100 bitki növundən 1900 ali bitki növü Talış bölgəsində bitir. 

Bölgədə mövcud olan fitotoponimlər talış və türk 
mənşəlidir, xüsusi ilə talış mənşəli fitotoponimlər çoxluq təşkil edir.
Burada oronim (dağ, təpə) və hidronimlərlə (su obyektləri) yanaşı yaşayış məntəqələri olan oykonimlərin adlarında da fitonimlərə daha çox rast gəlinir.
  
Talış bölgəsinin fitooykonimləri aşağıdakılardır: 
Şahağacı, 
Bala Şahağacı, 
Çukəş, 
Vənəşəkeş, 
Vıləparqo, 
Vıli, Vəznəş, 
Qamışoba, 
Sipiyaəlfətik, 
Səlivə, 
Toradi (Astara
rayonu), 
Bəlləbur, 
Səbir, 
Vel, 
Velədi, 
Veravul, Vilvan, Viyən, Vıy, Narbağı, Rəzvan,
Pambəhi, 
Tütəpeştə, 
Tüədo (Lənkəran rayonu), 
Ambu, 
Amburdərə, 
Bradi,
Burkandül, 
Vənədi, 
Velaçolə, 
Vizəzəmin, 
Vılıq, 
Molalan,
 Rəzgöv (Lerik rayonu), 
Güllütəpə,
 Mololan, 
Qızılağac, 
Yolağac, 
Kosagül, 
Viləş (Masallı
rayonu), 
Vənəpojə, Serəpojə (Yardımlı rayonu).

      Burada mövcud olan fitooykonimlərdən Şahağac, 
Bala Şahağacı, Qamışoba,  Güllütəpə, Qızılağac, Yolağac və 
Kosagül türk, digərləri   talış mənşəlidir.

Narbağı isə kalka, yəni, tərcümə olunmuş fitooykonimdir. 

Yaşayış məntəqəsi talış dilində Ənoəboğ adlanır. 

Toponim hər iki dildə eyni mənanı bildirir. Talış bölgəsinin fitooykonimləri əsasən gül və ağac adından yaranmışdır. 

Məsələn, 
Vilvan (Güllü, çiçəkli yer),
Vıli (Güllü yer), 
Vənəşəkeş (Bənövşəli yer), 
Güllütəpə və digərləri gül;

Bəlləbur (Palıdlı tikanlıq), 
Tüədo (Tut ağacı), 
Viyən (Söyüdlük), 
Vıy (Söyüd),
Rəzvan (Üzüm tənəkləri olan yer), A
mburdərə (Dəmir ağacı bitən dərə), 
Mololon, Molalan (Su kənarında bitən meyvəsiz ağac),
Şahağacı, Qızılağac və digərləri isə öz adını ağac adından götürmüşdür.


   Səlivə, Toradi,Vənəşəkeş, Bəlləbur, Vel,Velədi, Pambəhi, Tüədo, 
Ambu, Bradi,Vizəzəmin, Mololon, Serəpojə və digərləri talış, Şahağac, Bala Şahağacı, Qızılağac, Yolağac, Güllütəpə, Kosagül, 
 Qamışoba isə türk (Azərbaycan) dilində şəffaf fitooykonimlərdir.
     
 Toponimlərin tərkib hissəsi sayılan fitooykonimlər ünvan bildirməklə yanaşı, eyni zamanda, ölkənin bitki örtüyünü özündə əks etdirir. 
        
Talış  bölgəsində fitotoponimlərin çoxluq təşkil etməsi bölgənin 
zəngin floraya malik olduğunu sübut edir.

                                                                              İldırım Şükürzadə
     Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

Category: MƏDƏNİYYƏT . | Views: 108 | Added by: ruslantalish7 | Tags: İldırım Şükürzadə | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020