Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Talış bölgəsinin son illərdə inkişafdan geri qalması

Talış bölgəsinin son illərdə inkişafdan geri qalması. 

 

Bölgənin hər istiqamətdə diqqətdən kənar qalması, göz önündədir.
Azərbaycanın hər bölgəsində, şəhərində, kəndində bu diqqətsizlik və inkişafın az olması var. Amma Talış bölgəsində daha çoxdur. 
Əhalinin heç bir istəyinə, tələbinə baxılmır. Tarixi abidələrə baxılmır, bilərəkdən yox edilir. 
Uşaqların, yeniyetmələrin, gənclərin səmərəli vaxt keçirməsi üçün, inkişafı və istifadə etməsi üçün heç bir açıq sahələrdə futbol medançası, həvəsləndirici idman baxçaları, park və başqa vacib yerlər qurulmur. 
Sovetlər dövründə olan qalan yerləri dağıdıb, satıb yox edildi.
Nəinki gənclər heç yaşlı insanların gəzib nəfəs almağa heç bir ağaclığ belə saxlanılmayıb. Nədə ki, yenisi qurulmayıb.
Kəndlərin yollarının bərbat olması, bir çox kəndlərdə qaz olmaması.  Sövet dövründən qalmış   elektirik və telefon xətlərinin  köhnəlib dağılması, qırılıb yollara tökülməsi kimi hallar göz önündədir.  Əkin sahələrinin məmurlar və başqa rayonlardan gələn biznesmenlərə şəraiti elə yaradaraq məcburi satdırmağla əhalini əkinçilik və maldarlıqdan uzaqlaşmasına səbəb olmağ kimi hallararda məlumdur.
Dövlət büdcəsindən kənd təsərrüfatına ayırdığı yardımların düzgün verilməməsi.
Sosial yardımların ehtiyacı olan insanlara düzgün bölüşdürülməməsi.
Qarabağ döyüşçülərinə, qazilərə qayğı göstərməmək. Şəhid ailələrinə tam  dəstək olmamağ kimi problemlər hərgün sosial şəbəkələrdə öz əksini tapır.
Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad bu rayonlarda son 10 ildə hansı inkişaf var?
Ancaq banklar tikilib əhalini muflis etmək üçün, kredit bəlasına salmaq üçün.
Polis şöbələri üçün yeni gözəl binalar tikilib. 
Dövlət adıyla məmurlara nə gəlir gətirirsə onlar hamısı gözəlləşib  məsələn; kimlərinsə Hotelləri, restoranları tikilir gözəlləşir.
Bəs əhali üçün nə tikilib, nə yaradılıb, nə yenilənib, xalqın rifahını yüksəldən hansı işlər görülüb, varmı belə yeniliklər bizim xəbərimiz yoxdu? 

Hörmətdə olan vəzifəlilər, məmurlar və səlahiyyətli şəxslər yediniz, içdiniz, tikdiniz, yığdınız daha bəsdirin! Birazda vətən üçün, xalq üçün, vətəndaşlar üçün nəsə edin.
Daha hotel, obyekt, restaran, aptek tikdirməyə son qoyub
əhalinin yaşaması üçün özünüz üçündə olsa böyük iş yerləri tikin zavodlar, fabriklər, daimilik  iş  yerləri olsun ki, camahat işləsin aylıq gəliri olsun. Həmdə əsası bunları  Bakıda lazım deil, rayolarda tikmək vacibdir. Xahiş edirik əhalini körpələri, gələcəyimizi  düşünüb gözəl bir addım ataraq savabda qazanmış olarsız.
Bu arada kəndlərdə yolları və ümümi kanalizasiya sistemlərinidə, zibil qablarının çoxalmasınıda qaydasına qoysanız çox gözəl olardı. 
Çünki işinizində,  şəhərin, kəndin gözəlliyi, təmizliyidə, əsas  göstəricisi bunlardan başlayır.
Ümid edirik ki,  bu çatışmamazlıqlar  inşallah tezliklə bərpa olunacaq.

Zamin Hüseynov .

23 Sep 2021 в 15.22.26
87
Добавил ruslantalish7
Оценок нет
Теги: Zamin Huseynov.
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft