fd
CASP1.ORGSu, 27 Sep 2020, 02.31.29
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


19.43.29
Talış briqadasının Qarabağ müharibəsi iştirakçıları, - veteranları Rahim Qaziyevin hüquqlarının müdafiəsinə qalxdılar!


Azərbaycan Respublikasının sabiq Müdafiə naziri
Rahim Qaziyevin pozulmuş hüquqlarının müdafiəsi üçün
Beynəlxalq Müdafiə Komitəsinin yaradılması barədə,
Bir qrup müharibə Veteranlarının birgə

 

                                                                                                         B Ə Y A N A T I:

 

Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinin müddəaları pozulmuş, hakimiyyətin həyata keçirilməsi səlahiyyətləri seçkilərin sistemli və ardıcıl saxtalaşdırılması yoluyla bir qrup şəxs tərəfindən mənimsənilmiş və bu zümrənin feodal-patriarxal düşüncələri ilə ölkəmizdə insanlar normal yaşamaq hüququndan məhrum edilmiş, insan həyatının bütün sahələri düzülməz hala salınmışdır.
Ölkəmizdəki total qanunsuzluq, iqtisadi-siyasi-hüquqi-mənəvi dözümsüzlük və qanunsuz təqiblər nəticəsində Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi toxunulmazlığı uğrunda döyüşən, canlarını belə əsirgəməyən minlərlə vətəndaşımız ölkəni tərk etməyə məcbur edilmişdir.
Ölkəmizdə baş verənləri ürək ağrısı ilə izləyən bizlər, bu Vətənin, bu dövlətin, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda sağlamlıqlarını itirən biz bir qrup qazi və müharibə veteranları, Müdafiə Naziri olduğu vaxtda Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin 52 faizinin azad edilməsinə nail olmuş, Azərbaycan Ordusunu Xankəndinin 7-12 kilometrliyinə çatdırmış və bununla da Azərbaycan əsgərində özünəinam, özgüvənc hissini bərpa etmiş sabiq Müdafiə Nazirimiz Rəhim Qazıyevə qarşı törədilmiş qanunsuzluqlara kəskin etirazımızı bildirir və onun dərhal azadlığa buraxılmasını tələb edirik.
78 yaşlı sabiq Müdafiə Nazirinin öz fikirlərini sərbəst ifadə etdiyinə görə təqib edilməsi, həbs edilməsi bizdə kəskin hiddət doğurmuşdur.
Bizlər bu ölkə uğrunda ona görə döyüşmədik, sağlamlığımızı itirmədik ki, bir qrup rüşvətxor və korrupsioner xalq hakimiyyətini mənimsəyib ölkəmizdə klan-tayfa hakimiyyəti qursun və bizləri də öz Vətənimizdən didərgin salsın.
Bu bəyanatla Azərbaycan Respublikasının sabiq Müdafiə Naziri Rəhim Qazıyevin beynəlxalq səviyyədə insani, hüquqi, siyasi və mülki hüquqlarının müdafiəsini təşkil etmək üçün aşağıdakı tərkibdə “Rəhim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitə”nin yaradıldığını elan edirik:

Hacıyev İntiqam Qabil oğlu;
Hüseynov Aqşin Rizvan oğlu;
Mamedov Abdulla alxas oğlu;
Məcidov Mais Allahverdi oğlu;
Məmmədov Bahadur Xəzri oğlu;
Ağayev Mərdan Hacıağa oğlu;
Ağayev İltifat Mirağa oğlu;
Şukurov Nəsir Şamil oğlu;
Rəhimov Rizvan Rəhim oğlu;
Hümmətov Ələkrəm Ələkbər oğlu;
Əlibəyli Elxan Şirbağır oğlu;
Dadaşov Mətləb Vəkil oğlu;
Əliyev Balaş Sultan oğlu.

P.S. Arzu edənlər “Rəhim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitə”yə qoşula bilərlər.
Müdafiə komitəsinin tərkibinə qoşulmaq qaydaları, Komitənin idarəçilik strukturları, fəaliyyət istiqamətləri və iş proqramları ilə bağlı elektron və kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə tezliklə məlumat veriləcəkdir.
“Rəhim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitə”
10 avqust 2020-ci il.

caspi1.org

Category: SİYASƏT . | Views: 163 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  August 2020  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Entries archive

Site friends

Copyright MyCorp © 2020