fd
CASP1.ORGSu, 25 Oct 2020, 07.40.48
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [11]
SİYASƏT . [52]SOSİAL . [6]
TOLOŞON SƏDO . [3]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [15]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.38.25
TALIŞ DİLİM

TALIŞ DİLİM

 

444333222111_12

 

Talış dilim

Zaman dövr etdikcə biz kəmiyyətdə çoxalmışıq, nəyi ki, bizim keyfiyyətimiz barədə demək olmaz. Bu gün internetdə “Lənkəran da, Masallı da türk şəhərləri olublar, talışlar bu şəhərlərə kiçik dəstələrlə (?) gəlib, assimilə olublar” yazanların sayı gün-bə-gün, saat-ba-saat artır. Düzdür, onlar adi bir suala, “əgər hər iki şəhər türk şəhəridirsə, adları niyə talışcadır” sualına cavab verə bilmirlər, daha doğrusu bu sualdan yayınırlar. Amma get-gedə bu deyim həqiqətə dönür. Nəinki Lənkəran və Masallı, hətta Astara və Lerik də türk şəhərinə dönüblər.

 

Türkləşmənin səbəbləri…

 

1930-cu iləcən Talış zonası haqqında yazanlar birmənalı yazırdılar ki, bu zonada qeyri-talış dilində çox az adam, əsasən oxumuş insanlar danışır. Sonra talışca danışanların və danışmayanların nisbəti ikincilərin xeyrinə dəyişdi, yəni artıq bu zonada (daha bu zonanın adı Talış zonası deyil) talışca danışanları barmaqla saymaq olar. Və əminəm ki, iş belə getsə, bir neçə onillikdən sonra bu zonada talışca danışan tapmaq üçün günün günorta çağı əldə fənərlə gəzmək lazım olacaq. Tapılacaqmı? Məncə yox, çünki biz kəmiyyətlə çoxalırıq, keyfiyyətimiz isə daima mənfi istiqamətə doğru hərəkət edir. Bəs bizim bir millət olaraq türkləşməyimizin səbəbi nədədir? İlk səbəb biz özümüzük, daha doğrusu yaşadığımız evdir. Biz evdə uşaqlarımızla talışca danışmadığımız üçün evlərimizdə talışca bilənlərlə bilməyənlərin nisbəti ikincilərə doğru artır, sonra övladlarımızı evləndiririk, nəvələr olur, artıq evimizdə yaşayanların hamısı talış olsa da, əksəriyyət talışca bilmir, yəni artıq ailə türkləşib. Və bu minval ilə kökü talış olan ailələrin yeni üzvləri, analarının “sayalərində” öz ana dillərini bilmədikləri üçün, onlara hansı ad ilə müraciət edilməsinin fərqi olmur, artıq ailə talışlıqdan çıxmış sayılır. Bu türkləşmənin birinci və ən əsas səbəbidir. Daha sonra köməkçi səbəblər gəlir ki, bu səbəblər arasında talış dilinə yer verməyən TV-nin, radionun, mətbuatın böyük rolu var. Və ən əsas səbəblərdən birini indi yazacam.

 

Dövlətçilik və türkçülük əleyhinə olan… qəzet!

 

 

İnternetdəki “gündəminfo” portalı bizim qəzetdə Babək haqqında getmiş yazını kopyalayaraq, öz səhifəsində yerləşdirib. Təbii prossesdir, olsun, qəzetimizə də istinad ediblər, yəni ki, müəllif hüququmuzu tanıyıblar. Amma… Amması odur ki, göstərilən portal bizim qəzet haqqında “giriş” şərhində çox böyük bir qərəz nümayiş etdirib. Qəzetimizin Bakıda dərc olunmasına baxmayaraq portal qəzetin Rusiyada dərc olunduğunu iddia edir və iddiaları bununla bitsəydi mən heç bu mövzuya toxunmazdım. Portal iddia edir ki, qəzet anti-türk və anti-dövlətçilik mövqeyindədir! Təbii ki, biz portal rəhbərliyi ilə əlaqə saxlayacağıq, görüşəcəyik, təkzib vermələrini istəyəcəyik, ümüdüm var ki, buna nail olacağıq da, amma artıq bizə tərəf “yoxlama” gülləsi atılıb. Artıq ətrafımızda bizə qarşı bir piara start verilib: anti-dövlət və anti-türk qəzeti! Bu piarın nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək, hesab edirəm ki, əgər belə bir piara start veriblərsə, demək bizdən çəkinirlər, bizim çıxmağımızı istəmirlər. Bizə başqa yerdən ilişə bilmirlər, çünki biz heç vaxt nə dövlətçiliyin əleyhinə, nə də hər hansı bir etnosun əleyhinə heç nə yazmamışıq, demək bizim çapımızı əngəlləmək üçün dövrü mətbuatı bizə tərəf yönəltmək lazımdır. Bax bizim türkləşməyimizin bir səbəbi də budur. Bizim qəzet çıxartmağımızı əngəlləmək istəyirlər, ümüd edirlər ki, qəzet olmasa talışca yazıb-oxuyanlar da olmaz və bizim türkləşməyimiz daha tez baş verəcək. Nə dərəcədə uğurlu gedişdir, bilmirəm, amma onu bilirəm ki, nə qədər ki, nəfəsim gedir-gəlir, bu qəzet çıxacaq! Amma yenə də bir şeyi dəqiq bilirəm, əgər bu dümbələm-mümbələm portalları üstümüzə qısqırdıblarsa, demək məqsədləri saf deyil, demək Talışın özünüdərkindən qorxurlar, demək özlərinin səhf milli siyasətlərinin faş olmasından qorxurlar, demək aparılan anti-milli dövlətçilik idarəetməsinin zibilinin ortaya tökülməsindən qorxurlar. Yenə də yazımmı? Yoxsa bəsdir?….

 

Qələbə bayramı….

 

May ayı gözəl aydır, artıq yayın yaxınlaşdığını hiss edirsən. Mayın əvvəlində böyük bir bayram var-Qələbə bayramı! Düzdür, bu gün özlərini “ADR-in varisləri” hesab edən bəzi kəslər bu bayramı qeyd etmirlər, hətta deyərdim ki, bu günü evlərində yas qururlar. Azərbaycana şərəf gətirmiş bütün Sovet İttifaqı qəhramanlarını “Vətən xaini” sayırlar, amma Alman faşistləri tərəfində SSRİ-yə, dolayısı ilə öz vətənləri Azərbaycana qarşı vuruşanları isə “milli qəhraman” səviyyəsinə qaldırırlar. Məni daima bir sual düşündürür: Azərbaycanda elə bir ailə yoxdur ki, faşizmin ziyanını çəkməsin, elə bir ailə yoxdur ki, özlərinin doğmalarını bu müharibədə itirməsin. Necə ola bilər ki, öz vətənini qoruyanı “vətən xaini” gözündə görəsən, vətəninə qarşı vuruşanı “milli qəhraman” səviyyəsinə yüksəldəsən?” Məncə bunu ancaq psevdo-patriotlar, hansılar ki, dar ayaqda vətənini qoyub qaçmağa hazırdılar, onlar edə bilərlər. Bir suala cavab tapa bilmirəm, amma tapmaq istəyirəm: bu gün “babalarının” alman vəsiqələrini internetə qoyub fəxr edənlər, sabah erməniyə yenidən “dayı” deməyəcəklərmi?

 

Mənə TV verin…

 

 

Demişəm, hər nömrə bunu yazacam, çünki TV-miz olsa, biz bu sürətlə əriyib türk olmarıq. Mənə öz dilimdə TV verin, mən öz dilimdə də TV-yə baxmaq istəyirəm.

 

İ.S. Gül bayramında yenə də milyonlar küçələrə səpildi, o küçələrə ki, həmin küçələrdə minlərlə insan evsiz-eşiksiz sərgərdan gəzir. Həmən milyonlara evsiz insanlar üçün ev tikib, mayın 10-da onları o evlərə köçürdüb, H.Əliyevin ruhuna dualar etdirmək olmazdımı? Olardı, amma….

İ.S.S. Bir dostuma söz vermişdim ki, daha bu iqtidarın apardığı yanlış ideologiya ilə, səhf idarəetmə üsulu ilə işim olmayacaq, sırf mənsub olduğum millətin problemlərinə toxunacam, dilimizin gözəlliyini, mədəniyyətimizin incəliyini, böyüklüyünü təcəssüm edib, təbliğini aparacam, bir neçə nömrə idi ki, sözümü tuturdumda. Amma imkan vermirlər, üstümüzə gəlirlər, məni vadar edirlər ki, mən də cavab “gülləsi” atım, sanki mən bu ixtidarın yanlışlıqlarını yazmasam, bunlar da onu oxuyub, həzz almasalar, işləyə (yəni işləyirlər?) bilməzlər… “Tolışon Sədo” N:- 17(29) 12 may 2012

Category: TOLOŞON SƏDO . | Views: 57 | Added by: ruslantalish7 | Tags: “Tolışon Sədo” | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  September 2020  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020