Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Talış Muğan Muxtar Respublikasının Prezidentinin   F ə r m a n ı:

Talış Muğan Muxtar Respublikasının Prezidentinin

                                     F ə r m a n ı:

Ötən əsrin 90-cı illərində, iki əsrə yaxın bir müddətdən sonra, yenidən Talış-Muğan dövlətçiliyinin qurulmasına yaranan şansdan tam və ardıcıl istifadəsinə siyasi-ictimai iradə, səriştə azlığı, milli-insani özünəhörmət və haqqlarına sahib çıxmağa cəhd tam uğulu nəticə ilə sonuclanmasa da, legitim, xalq nümayəndələrinin təəssisçiliyi ilə Talış Muğan Muxtar Respublikası elan edilmiş və xalqın xidmətçisi, - Prezidenti kimi mən, tam demokratik şəkildə seçilmişəm. Ümümölkə, Azərbaycan Respublikasının mərkəzi hakim dairələrinin güclü aldadıcı manevr və represiv təzyiqlərinin ucbatından, vədlərə xilaf “millətlərə istiqlal” bəyanatına hörmətsizlikdən Talış xalqına özünüidarə-muxtar haqları tanınmasa da, Talış Muğan Muxtar Resspublikasının de-fakto yaşam haqqından məhrum edilsə də, de-yure yaşamına heç bir irad, hüquqi səviyyədə bildirilməmişdir. Ona görə də, TMMR-nın Konustitusiya Aktına əsaslanaraq növbəti Xalq məclisinin keçirilməsinin imkansızlığından yeni Prezident seçkisi keçirilməsi mümkünsüz olduğundan, seçilən gündən hazırkı məqama qədər, şəraitin verdiyi imkanlar daxilində Xalqın xidmətində, ən azı nəzəri səviyyədə bacardığımı vicdanla yerinə yetirmək cəhdində olmuşam… Hazırda ixtiyar yaşa çatmışam və hesab edirəm, Xalqın xidmətinə yeni, daha fədakar, mütəhərrik gənclik gəlməli, bu ağır, şərəfli vəzifəni üzərinə götürməlidir. Göstərilən və deyilməyən digər məqamları nəzərə alaraq,

Q Ə R A R A A L I R A M:

-Talış Muğan Xalqının qarşısında fəaliyyətimdə buraxdığım bütün nöqsanlara rəğmən fəaliyyətimi, ən azı muxtar dövlətçiliyin nəzəri yaşamında xidmətlərimi və cəkdiyim cəfaları nəzərə almaqla, bu gündən, 07 avqust 2021-ci il tarixindən, İSTEFAM qəbul edilsin;

- Yuxarıda qeyd etdiyim kimi, hazırda yeni seçkilərin keçirilməsinə imkan və şəraitin olmamasını nəzərə alaraq, 20 yanvar 2021-ci il tarixli fərmanımla vitse-prezident vəzifəsinə təyinat almış, Almaniya Federativ Respublikasında rəsmən qeydiyata alınmış Talışların Beynəlxalq İnsan Hüquqları Təşkilatının (TİMRO, rəsmi qeydiyyat nömrəsi: VR 203508) sədri, ağaye Baris Talışinski, qüvvədə olan TMMR-nın Konstitusiya aktı əsasında, TMMR-ın prezidenti postuna sahiblənmiş hesab edilsin;

-Hazırkı məqamda, hesab edirəm, ağaye Boris Talışinskinin bu postda tam legitimliyinin əsası var və öhdəsinə düşən, Xalqına xidmət vəzifələrinin öhdəsindən tam uğurla gəlməsini bacaracaqdır.

Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Yaşasın Talış Muğan xalqı, Talış milləti!

Bıjiyo Tolış!

Talış Muğan Muxtar Respublikasının,

bu Fərmanın imzalanma anına qədər, Prezidenti,

Ələkrəm Ələkbəri zoə Hümmətov.

caspi1.org
23 Sep 2021 в 14.26.55
116
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft