fd
CASP1.ORGSa, 27 Feb 2021, 21.26.20
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [19]Mədəniyyət [17]
Siyasət [60]Sosial [12]
Toloşon Sədo [9]TMH . [10]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [19]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.11.22
Talış Muğan Muxtar Respublikasının Prezidentinin F ə r m a n ı:15 fevral 2021 ci il, Nederland kr-ğı, Haaqa ş-ri

Talış Muğan Muxtar Respublikasının Prezidentinin  F ə r m a n ı:15 fevral 2021 ci il, Nederland kr-ğı, Haaqa ş-ri



Talış Muğan Muxtar Respublikasının Prezidentinin
                                   F ə r m a n ı:
                      15 fevral 2021 ci il, Nederland kr-ğı, Haaqa ş-ri


 Ötən 2020-ci il, Talış Muğan Muxtar Respublikasının siyasi həyatı üçün də olduqca ağır, üzücü illərdən biri kimi tarixə yazıldı. Muxtar Respublikanın qurucu və ideoloqlarından biri, böyük alim, publisist və siyasi xadim, Respublikasının Xalq Məclisinin ilk və sonuncu spikeri, sədri Fərmoni Fəxrəddin Abbaszadə(Əboszodə), bütün Beynəlxalq və həm də, Azərbaycan respublikasının mövcud hüquq normalarına tam zidd olaraq, saxta ittihamlarla uzun müddətə həbs edilərək, həbs yerində, qapalı zindanda, dövlət terroru ilə, qətlə yetirildi…
 TMMR-nın 1993-cü ildə Xalq Məclisi tərəfindən qəbul edilən Konstitusiya Aktına görə, Xalq Məclisinin sədrinə həm də, Muxtar Respublikanın hakimiyyət pillələrində 2-ci şəxs olmaqla, məxsusi situasiyada MR-nın Prezidentini əvəz etmə səlahiyyəti həvalə edilmişdi…
Bütövlükdə Azərbaycan Respublikasında uzun müddətdən davam edən antidemokratik, diktatura rejimində, Muxtar Respublikanın növbəti Xalq Məclisinin seçkilərini keçirməklə, 2-ci çağırış Xalq Məclisini qurulması hazırda mümkünsüz göründüyündən, TMMR-nın Konstitusiya Aktının Fövqalədə vəziyyətlərdə, mənə, TMMR-nın Prezidentinə verdiyi səlahiyyətlərdən istifadə etməklə
                         Q ə r a r a    a l ı r a m:
1. Talış Muğan Muxtar Respublikasının nəzəri də olsa, hakimiyyət eşalonunun yüksək dairələrində fövqəladə hallarda yarana biləcək təhlükəli boşluğu aradan qaldırmaq üçün,- Vitse prezident, vəzifəsi və təəssisatı təsis edilsin;
 2. TMMR-nın Mühacir hökumətində,- Təbiət, ekologiya və təbii sərvətlər vəziri (naziri) əğəye Boris Talischinski hazırda daşıdığı vəzifəsini saxlamaqla, həm də Muxtar Respublikanın Vitse prezidenti  vəzifəsinə təyin edilsin;
3. Əğəye B.Talischinskiyə tapşırılsın ki, Azərbaycan Respublikasından və ondan kənarda yaşamağa məcbur edilən TMMR vətəndaşlarından, Vitse prezidentliyin aparatının formalaşdırılmasını daima diqqətdə saxlamaqla, əməli fəaliyyətin qurulmasında əsas ola biləcək işgüzar, nəzəri konsepsiyasını 1(bir) ay ərzində hazırlayaraq MR-nın prezidentinə təqdim etsin;
4. Fərman dərc edilən gündən qüvvədədir.
   Talış Muğan Muxtar Respublikasının Prezidenti,



                    Ə.Ə.Hümmətov.

Category: Siyasət | Views: 33 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  February 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28

Entries archive

Site friends

Copyright MyCorp © 2021