fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.24.16
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


18.32.38
Talış xanı Mir Mustafa xanın nəvəsinə aid emblem tapılıb

Talış xanı Mir Mustafa xanın nəvəsinə aid emblem tapılıb

 

Lənkəran, 20 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun Havzava kənd sakini İsmayıl Quliyev həyətyanı sahəsində təsərrüfat işləri görərkən metal kürə tapıb. Metal kürə nəzərdən keçiriləndən sonra onun Mir Əsgər xan Talışinskiyə aid emblem olduğu aydınlaşıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi İldırım Şükürzadə məlumat verib.

O bildirib ki, dəyirmi şəkildə olan emblem (metal kürə) üzərində Azərbaycan dilinə tərcümədə "Mir Əsgər xan Talışinskinin əmlakının meşəbəyisi" mənasını verən köhnə kril əlifbası ilə rus dilində "Лесной объездчик имения Миръ Аскяръ Хана Талышинскаго" ("Lesnoy obezdçik Mir Askyar Xana Talışinskaqo") sözləri və "8" rəqəmi həkk olunub.

Talış xanları nəslindən olan Mir Əsgər xan Talışinski Mir Hüseyn xanın oğlu və 1787-1814-cü illərdə Talış xanı olmuş Mir Mustafa xanın nəvəsidir.

Tədqiqatçı-tarixçi İldırım Şükürzadə deyib: “Mir Əsgər xan Talışinskiyə aid emblemin əmim İsmayıl Quliyevin həyətində tapılması heç də təsadüfi deyil. Böyük babam Hadi Şükürov Mir Əsgər xana məxsus meşə massivində bir neçə il meşəbəyi işləyib. Hadi Şükürov 1918-1920-ci illərdə baş vermiş vəba xəstəliyi zamanı vəfat edib. Görünür, bu emblem böyük babam tərəfindən evə gətirilib və yaxud da onu öz üzərində gəzdirib.”

 

caspi1.org

Category: TARİX . | Views: 106 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020